Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2280/2022 17.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Cavabdeh 853,87 AZN əsas, 11,46 AZN faiz olmaqla, cəmi 865,33 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olar ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, Cavabdeh 12 dekabr 2021-ci il tarixdə ölmüş, iddiaçı isə iddia ərizəsi ilə məhkəməyə 23 sentyabr 2022-ci il tarixdə müraciət etmişdir. Mülki Prosessual Məcəllə: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Məhkəmə hesab edir ki, Cavabdeh iddia ərizəsi məhkəməyə təqdim edilənədək öldüyündən ona münasibətdə işə məhkəmədə baxılmalı deyil və üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2280/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2280/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver