Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2283/2025 15.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3900 manat məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 59 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 11 dekabr 2014-ci il tarixli, 12-Z2-2-0-1607- 14 №-li zaminlik müqaviləsinə əsasən o, tanımış Hüseynova Вел Şəmistan qızının 11 dekabr 2014-cü il tarixli, 12-Z2-2- 0-1607-14 №-li kredit müqaviləsi üzrə bankdan aldğı 6500 manat məbləğində kredit üzrə kredit öhdəliklərinin icra edilməsinə zamin durmuşdur. Krediti banka ödəmədiyi üçün Yevlax Rayon Məhkəməsinin 2(039)-910/2022 №-li, 18 iyul 2022-ci il tarixli qətnaməsi ilə 7218,34 manat məbləğində pulun cavabdehlər X1, X2 və ondan müştərək qaydada tutulub "xxxx" ASC-ə verilməsi qət edilmişdir. Cavabdeh bankdan aldığı kreditin 3900 manat məbləğini banka ödəməkdən yayınmış və həmin pulu banka o, ödəmişdir. Zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyi barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq Cavabdeh onun əvəzinə ödədiyi 3900 manat məbləğ pulu ona ödəmir. iddia ərizəsi ilə onun qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək həqiqətən də "xxxx" İKB ASC-dən kredit götürdüyünü, iddiaçının ona zamin durduğunu, borcunu hissəhissə ödədiyini, daha sonra İddiaçı özünə kredit lazım olması ilə bağlı bütün kredit borcunu ödədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin 2(039)-910/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 3612.51 manat əsəs, 2636.48 manat faiz, 5 manat cərimə və kredit müqaviləsi üzrə 11 yanvar 2018-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 964.35 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7218.34 manat, 20 manat dövlət rüsumu, müştərək qaydada Cavabdeh, İddiaçı və X2 alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən 11 avqust 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2024cü il tarixli, 12-Z2-2-0-1607-14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6500 manat məbləğində kredit verilmiş, İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Hal-hazırda xx.xx.2025-ci il tarixində 12-Z2-2-0-1607-14 saylı zaminlik müqaviləsi ilə təmin edilən kredit öhdəliyi icra edilmiş və bu səbəbdən "xxxx" ASC (əvvəlki adı "xxxx" İKB ASC) qarşısında öhdəliyi mövcud deyildir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 266639/4 saylı məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-910/2022 saylı, 18 iyul 2022-ci il tarixli icra sənədinə əsasən borclular Cavabdeh, İddiaçı və X3 tərəfindən tələbkar "xxxx" ASC-nin xeyrinə ödəməli olan 7218 manat 34 qəpik borcu və 20 manat dövlət rüsumu tam şəkildə ödənilmişdir. Lakin qeyd olunan borc məbləğinin kimlər tərəfindən və nə qədər ödənilməsi barədə şöbədə məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh əsas borcun əvəzi qismində 3900 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 35,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59 manat vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3900 (üç min doqquz yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 (əlli doqquz) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(039)-2283/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2283/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver