Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2290/2021 05.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı borc tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 18 sentyabr 2019-cu il tarixli, 385-YUM- 0381-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 504.51 manat, faiz borcu 30.79 manat, cərimə 75.68 manat, 12 dekabr 2019-cu il tarixli, 385-YUM-0741-19 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 363.80 manat, faiz borcu 87.96 manat, cərimə 54.57 manat, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi, ümumi 1,147.71 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 1,567 manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında 18 sentyabr 2019-cu il tarixli, 385-YUM-0381-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmçinin BOKT "xxxx" QSC tərəfindən Cavabdeh 12 dekabr 2019-cu il tarixli, 385-YUM-0741-19 saylı Kredit Müqaviləsinə əsasən 24 ay müddətinə qaytarılmaq şərti ilə 700 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 2.1.1ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hazırda Cavabdeh 22.09 2021-ci il tarixə 18 sentyabr 2019-cu il tarixli, 385-YUM-0381-19 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 504.51 AZN, faiz borcu 30.79 AZN qəpik, cərimə 75.68 AZN, 12 dekabr 2019-cu il tarixi. 385-YUM- 0741-19 saylı Kredit Müqaviləsi üzrə əsas borcu 363.80 AZN, faiz borcu 87.96 AZN, cərimə borcu 54.57 AZN olmaqla hər iki kredit müqaviləsi üzrə, ümumi borcu 1,117.31 AZN təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdeh iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Bеlə ki, BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 18.09.2019-cu il tarixli, 385- YUM-0381-19 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 34.05 % ödəmək şərti ilə 1,567 manat, 12.12.2019 il tarixli, 385-YUM-0741-19 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 34.05 % ödəmək şərti ilə 700.00 manat kredit verilmişdır. Maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh banka 18.09.2019 il tarixli, 385- YUM-0381-19 saylı kredit müqaviləsinə 22.09.2021 il tarixə əsas borcu 504.51 AZN, faiz borcu 30.79 AZN, cərimə 75.68 AZN, ümumi borcu 610.98 AZN, 12.12.2019 il tarixli, 385- YUM-0741-19 saylı kredit müqaviləsinə əsasən həmin tarixə əsas borcu 363.80 AZN, faiz borcu 87.96 AZN, cərimə 54.57 AZN ümumi borcu 506.33 AZN hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mövcud sübutlarla cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Əsas və faiz borcunun düzgün hesablanmadığına, cərimənin tənasübsüzlüyünə dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18 sentyabr 2019-cu il tarixli, 385-YUM-0381-19 saylı kredit müqaviləsi üzrə əsas borc 504.51 manat, faiz borcu 30.79 manat, cərimə 75.68 manat, 12 dekabr 2019-cu il tarixli, 385-YUM-0741-19 saylı kredit müqaviləsi üzrə əsas borc 363.80 manat, faiz borcu 87.96 manat, cərimə 54.57 manat, həmçinin 30.40 ödənilmiş manat dövlət rüsumunun əvəzi, ümumi 1,147.71 (bir min yüz qırx yeddi) manat, 71(yetmiş bir) qəpik iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2290/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2290/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver