Məhkəmə qərarları › İş №2(039)-2295/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2295/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2295/2025 07.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Dövləti Su X3 X1 İstismar İdarəsinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə yaranmış borc tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Dövləti Su X3 X4 İstismar İdarəsi Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 759.25 manat pulun Azərbaycan Dövlət Su X3 X1 İstismar İdarəsinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Dövlət Su X3 X1 İstismar İdarəsi tərəfindən Cavabdeh (abonent kodu: **********330) su təchizatı sistemindən suyun buraxılması xidmətləri göstərilir. Belə ki, Cavabdeh ilə su təchizatına görə xx.xx.2009-cu il tarixli, 36553924 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixdə, CSS-20 markalı, 24057681 nömrəli sayğac quraşdırılmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə 759.25 manat borcu yaranmışdır. Azərbaycan Dövlət Su X3 X1 İstismar İdarəsi tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir Tərəflərin izahatları: Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini, qeydi oluna borcunu hissə-hissə ödəyəcəyini bildirmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsiniməhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abonent kodu **********330 olan Abonent kartından görünür ki, Cavabdeh Yevlax şəhəri, Cəlil Məmmədquluzadə küçəsi ev 33-da yerləşən evində istifadə olunmuş su təchizatı görə 759.25 manat borcu vardır. Cavabdeh ilə su təchizatına görə xx.xx.2009-cu il tarixli, 36553924 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixdə, CSS-20 markalı, 24057681 nömrəli sayğac quraşdırılmışdır. Azərbaycan Dövlət Su X3 X1 İstismar İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh su və tullantı su xidmətlərindən istifadəyə görə 759.25 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. «Su təchizatı və tullantı sular haqqında» Azərbaycan Respublikasının Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinin b bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi onun xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.2-ci bəndinə əsasən STKM-in smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, istehlakçının əsas vəzifələrindən biri də verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməkdir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 7.4-cü bənidnə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qismində çıxış edən su təchizatı müəssiəsi tərəfindən 2009-cu il tarixdən hazıradək cavabdeh qismində çıxış edən istehlakçıya su təchizatı obyektindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Lakin buna baxmayaraq cavabadeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən eidlmiş qaydada və məbləğdə xidmət haqqını vaxtı-vaxtında, lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Ona görə də məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin sudan istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı yaranmış qalıq borcu 2011-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində hər il üzrə **********330 nömrəli abonent kodu üzrə elektron abonent kartına daxil edilmiş, həmin dövr ərzində ümumilikdə qalıq borcu 759.25 manat olduğu qeyd olunmuşdur. Qeyd edilən abonent üzrə xx.xx.2024-cü il tarixdən su sayğacı quraşdırılmışdır. Göründüyü kimi, qeyd edilən abonent üzrə su sayğacında cavabdehin illik su sərfiyatı (m3-lə), ödənilən pul vəsaitinin məbləği və illik yekun borc məbləği aşkar qeyd edilmişdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, hazırkı iş üzrə cavabdehin su təchizatə xidmətlərindən istifadəyə görə xidmət haqqının ödənilməməsi ilə bağlı iddiaçı qarşısında 759.25 manat məbləğində borc öhdəliyinin yaranması aşkar olduğundan iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh su təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 759.25 manat məbləğində borcu tutularaq iddiaçı Azərbaycan Dövləti Su X3 X4 İstismar İdarəsinin xeyrinə ödənilməlidir. Həmçinin, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğuna görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edilməsinə görə yaranmış 759.25 (yeddi yüz əlli doqquz manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti (abonent kodu **********330; CSS-20 markalı, sayğac ********) tutularaq iddiaçı Azərbaycan Dövləti Su X3 X4 İstismar İdarəsinə ödənilsin. Ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar