Məhkəmə qərarları › İş №2(039)-2320/2021

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-2320/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2320/2021 16.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 1410 manat məbləğində maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurulmuş 1410 (min dördyüz on) manat maddi ziyanın, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat cəmi, 1430 (min dörd yüz otuz) manat məbləğində pulun cabdehdən tutularaq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, ailələri uzun illərdir Rusiya Federasiyasında yaşayırlar. Və o, uşaqlıqdan Rusiya Federasiyasında yaşamışdır. Azərbaycana gəldikdən sonra Cavabdeh ilə 09.03.2014-cü ildə ailə həyatı qurmuşuq, 18.03.2015-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 23.11.2014-cü ildə X3, 18.08.2016-cı il tarixdə isə X4 adlı övladları anadan olub. Ailədə yaranan söz-söhbətlərdən sonra 02 oktyabr 2019-cu ildə nikahımız pozulub. Cavabdeh nə onunla nə də övladları ilə maraqlanmır, ailəyə maddi köməklik etmir. Valideynləri hal-hazırda Rusiya Federasiyasında yasayırlar. Anası tez-tez Azərbaycana gəlib gedir, onunla və övladları ilə maraqlanır, onlara maddi köməklik edir. Atası telefonla danışanda anasına bildirdi ki, gələndə məni və övladlarımı da gətirsin Rusiya Federasiyasına həm bir az istirahət edək, həm də uşaqları orda müalicə etdirək. Bununla bağlı Cavabdeh ilə danışdı. O da razılaşdı. Mingəçevir Asan Xidmət Mərkəzində oldular Cavabdeh uşaqların Rusiya federasiyasına getmələri üçün razılıq ərizəsi verdi. Bundan sonra onlar, Mingəçevir şəhərində yerləşən X5-19-a qarşı analiz verdi. Analiz testinin hər birinə 80 manat olmaqla hospitala 240 manat pul keçirdi. Sonra sə 1170 manat verərək təyyarə bileti aldı. 29.09.2021 -ci il tarixdən Bakıdan təyyarə ilə uçuş vaxtına 15 dəqiqə qalmış onu və 2 övladını təyyarədən endirdilər ki, Cavabdeh verdiyi Asan Xidmət Mərkəzində verdiyi razılıq ərizəsini ləğv etdirib, razılıq ərizəsi etibarsızdır. O və uşaqları təyyarədən yenib evə, yəni Mingəçevir şəhərinə qayıtdılar. Cavabdehin bu hərəkətinə görə ona 1410 manat maddi ziyan dəymişdir. Ona görə ki, bütün xərcləri valideynlərinin köməkliyi ilə etmişdi. O , cavabdehdən vurduğu 1410 manatı geri qaytarmasını tələb etdi. Cavabdeh isə bildirdi ki, mənim sənə veriləsi pulum yoxdur, olsa da 1 manat da vermərəm. Buna görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Daha sonra isə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Burhanovna xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. AA3032695№li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1983cü il tarixdə anadan olmuşdur. Mingəçevir şəhər 9№-li Mənzil İstismar Sahəsinin 869№-li 30 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Mingəçevir şəhəri Y.Muradov küçəsi ev 37, mənzil 30-da yaşayır. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. AZE 18321277№-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 23.11.2014-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. AZE 18321282№-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 18.08.2016-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. X6 xidmət mərkəzində notariat ofisinin xüsusi notariusunda təsdiq olunmuş razılıq ərizəsindən görünür ki, Cavabdeh 23.11.2014-cü il tarixdə anadan olmuş X1 və 18.08.2016-cı il tarixdə anadan olmuş X2 İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmasına heç bir etiraz etmirəm. COVİD-19-RT-PZR analiz Nəticəsindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı COVİD-19-RT-PCR test resultatı neqativ çıxmışdır. COVİD-19-RT-PZR analiz Nəticəsindən görünür ki, 1808.2016-ci il təvəllüdlü X2 COVİD-19-RT-PCR test resultatı neqativ çıxmışdır. COVİD-19-RT-PZR analiz Nəticəsindən görünür ki, 23.11.2014-cü il təvəllüdlü X1 COVİD-19-RT-PCR test resultatı neqativ çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh təqsirli hüquqa zidd əməlləri nəticəsində İddiaçı ümumilikdə 1430 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçıya vurduğu maddi zərər ödəməlidir, bu səbəbdən iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh vurduğu ziyanın əvəzi 3,700 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat, cəmi 1460 (bir min dörd yüz altmış) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar