Məhkəmə qərarları › İş №2(039)-2320/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2320/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2320/2023 15.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X3 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «ilk övladları X1 üçün təyin edilmiş sabit pul məbləğində alimentin məbləğinin artırılması; ikinci övladları Nurun atalığının müəyyən edilməsi, uşağın - Nurun onun yanında qalmasının müəyyən edilməsi və Nurun saxlanması üçün sabit pul məbləğində aliment və məhkəmə məsrəflərinin cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «ilk övladları X1 üçün təyin edilmiş sabit pul məbləğində alimentin məbləğinin artırılması; ikinci övladları Nurun atalığının müəyyən edilməsi, uşağın - Nurun onun yanında qalmasının müəyyən edilməsi və Nurun saxlanması üçün sabit pul məbləğində aliment və məhkəmə məsrəflərinin cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli 2(039)-2162/2019 saylı qətnaməsinə əsasən Cavabdeh ilə onun birgə nikahlarından olan övladları 16 may 2019-cu il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş hər ay 120 manat məbləğində alimentin məbləğinin artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi; Cavabdeh ilə onun birgə faktiki nikahlarından olan övladları 11 fevral 2023-cü il təvəllüdlü Nurun atasının Cavabdeh olmasının müəyyən edilməsi; Cavabdeh ilə birgə faktiki nikahlarından olan övladları 11 fevral 2023-cü il təvəllüdlü Nurun onun yanında qalmasının müəyyən edilməsi; Cavabdeh ilə onun birgə faktiki nikahlarından olan övladları 11 fevral 2023-cü il təvəllüdlü Nurun saxlanılması üçün Cavabdeh bütün faktiki qazancından hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi; məhkəmə məsrəflərini təşkil edən 100 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini müdafiə edərək izah etdi ki, o, Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Həmin vaxt bir uşaqları olmuşdur. Nikahları məhkəmə qətnaməsi ilə pozulmuş və aliment müəyyən edilmişdir. Sonradan barışıb birgə yaşamışlar. Birgə yaşayışarından bir övladları da olmuşdur. Hazırda Nur adlı uşağın atalığı müəyyən edilməmişdir. Hər ay hər uşaq üçün 170 manat aliment ödənilməsinə razıdır. İddiaçı və vəkili X6 iddia ərizəsini müdafiə edərək izah etdi ki, tərəflər rəsmi olaraq boşanmışlar. Sonradan barışıb iddiaçının atasının evində yaşamışlar. İkinci uşaq da arzulanan uşaq olmuşdur. İddiaçının hamiləliyinin altıncı ayında ayrılmışlar. İddiaçının iş qabiliyyəti yoxdur. Belə ki uşaq körpə olduğundan iddiaçı heç bir yerdə işləyə bilmir. Cavabdeh atalığı qəbul etmir. Özü də uşağın saxlanılması üçün heç bir maddi köməklik etmir. Cavabdeh məhkəmə iclasında izah etdi ki, uşaq onundur. Aliment ödəməyə razıdır. Lakin 610 manat əmək haqqı alır. Kredit və digər borcları vardır. Hər ay hər uşaq üçün 170 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AZ-lV 280127 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 16 may 2019-cu il tarixdə anadan olmuşdur Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AZ-lV 863471 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 11 fevral 2023-cü il tarixdə anadan olmuşdur Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 14 avqust 2023-cü il tarixli MŞY/MT034/2023-00161 saylı arayışdan məlum olur ki, İddiaçı atalığın müəyyən edilməsi və aliment üçün mediatora müraciət etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 11 mart 2020-ci il tarixli AZ-l 346418 haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2019-cü il tarixli 2(039)-2162/2019 saylı qətnaməsindən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 21 avqust 2018ci il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından 16 may 2019-cu il təvəllüdlü X5 adlı uşaq İddiaçı himayəsində saxlanılması; Cavabdeh 12 sentyabr 2019-cu il tarixdən başlayaraq, 16 may 2019-cu il təvəllüdlü X5 oğlunun 18 yaşına çatana qədər saxlanılmasıüçün hər ay 120 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. Beləliklə, məhkəmədə aydın olur ki, İddiaçı ilə Cavabdeh rəsmi ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq anasının himayəsində saxlanılmış və uşağın saxlanılması üçün 120 manat aliment müəyyən edilmişdir. Sonradan barışıb qeyri-rəsmi birgə yaşamışlar. Onların birgə yaşayışlarından 11 fevral 2023-cü il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Uşaqlara doğum haqqında şəhadətnamə verilərkən tərəflərin ata qrafası ananın deməsinə görə yazılmışdır. Cavabdeh qeydiyyat şöbəsinə gedərək atalığın müəyyən edilməsi ilə bağlı ərizə verməkdən imtina edir. İddiaçı «ilk övladları X1 üçün təyin edilmiş sabit pul məbləğində alimentin məbləğinin artırılması; ikinci övladları Nurun atalığının müəyyən edilməsi, uşağın - Nurun onun yanında qalmasının müəyyən edilməsi və Nurun saxlanması üçün sabit pul məbləğində aliment və məhkəmə məsrəflərinin cavabdehdən onun xeyrinə tutulması» tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 16 may 2019-cu il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. 11 avqust 1985-ci il tarixdə anadan olmuş Cavabdeh 11 fevral 2023-cü il təvəllüdlü X7 adlı uşağın atası olması müəyyən edilməlidir. Cavabdeh 21 avqust 2023-cü il tarixdən hesablanmaqla, 11 fevral 2023-cü il təvəllüdlü X7 adlı uşağın 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə məsrəfləri kimi ödənilmiş 100 manat Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən, bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideyninin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Qanun, həmçinin tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının azaldılması imkanını nəzərdə tutur. Lakin qanunun mənasına görə bu, yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətində əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin, habelə daha az alimentin ödənilməsi ilə də uşaqların layiqli həyat şəraitini təmin etmək mümkün olsun. “Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında” Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qanundan göründüyü kimi uşaqların saxlanması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimentin məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə və atalığın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin çıxardığı yerdə qeydə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 09 oktyabr 2019-cü il tarixli 2(039)-2162/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 16 may 2019-cu il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat aliment Cavabdeh alınaraq İddiaçı xeyrinə verilsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. 11 avqust 1985-ci il tarixdə anadan olmuş Cavabdeh 11 fevral 2023-cü il təvəllüdlü X7 adlı uşağın atası olması müəyyən edilsin. Cavabdeh 21 avqust 2023-cü il tarixdən hesablanmaqla, 11 fevral 2023-cü il təvəllüdlü X7 adlı uşağın 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat aliment İddiaçı xeyrinə tutulsun. Məhkəmə məsrəfləri kimi ödənilmiş 100 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilsin. Bu qətnamə 11 fevral 2023-cü il təvəllüdlü X4 müvafiq qeydlər aparılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar