Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-234/2022 24.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 2,415.75 AZN əsas, 496.87 AZN faiz, 11.24 AZN cərimə, 0.40 AZN xidmət haqqı və 49.24 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 21.12.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri 48 ay müddətinə, illik 27 % ödəmək şərti ilə 2,500 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin 29 noyabr 2021-ci il tarixə kredit müqaviləsi üzrə 2415.75 AZN əsas, 496.87 AZN faiz, 11.24 AZN cərimə, cəmi 2923.86 AZN borcu yaranmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri Yevlax Rayon Məhkəməsinə təqdim edə bilməsi haqqında bildiriş göndərilsə də, cavabdehlər iddiaçının tələbinə etiraz etməmişdir. Məhkəmə iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. Bеlə ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 21.12.2020-ci il tarixli 1406nkMNG/20 nömrəli müqaviləsi əsasında sonuncuya illik 27 % ödəmək şərti ilə 48 ay müddətinə 2,500 manat kredit ayrılmışdır. Maliyyə arayışından müəyyən olunur ki, qeyd edilən müqavilə üzrə 29 noyabr 2021ci il tarixə 2415.75 AZN əsas, 496.87 AZN faiz var, 11.24 AZN cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mövcud sübutlarla cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi nəticəsində iddia tələbində qeyd edilən borcun yaranması təsdiq olunur, bu, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə üzrə öhdəliklərdən irəli gəlir və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına, habelə cərimənin tənasübsüzlüyünə dair sübutlar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21 dekabr 2020-ci il tarixli 1406nkMNG/20 nömrəli kredit müqaviləsi üzrə 2,415.75 manat əsas, 496.87 manat faiz borcu, 11.24 manat cərimə, 0.40 manat xidmət haqqı və 49.24 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,973 (iki min doqquz yüz yetmiş üç) manat 50 (əlli) qəpik iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-234/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-234/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver