Məhkəmə qərarları › İş №2(039)-235/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-235/2021

25.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-235/2021 25.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Bəhman qızının Cavabdeh vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, İddiaçı Bəhman qızının Cavabdeh qarşı «xx xxxxxx 2005-ci il təvəllüdlü X3 üçün təyin edilmiş alimentin məbləğinin artırılması və onun xəstəliyi ilə bağlı cavadehin ödədiyi əlavə xərc məbləğinin artırılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəhman qızı Cavabdeh qarşı «xx xxxxxx 2005-ci il təvəllüdlü X3 üçün təyin edilmiş alimentin məbləğinin artırılması və onun xəstəliyi ilə bağlı cavadehin ödədiyi əlavə xərc məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvəsini almış məhkəmə aktına əsasən (Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)-1887/2019 saylı qətnaməsi ilə) ödənilməsi qət edilmiş, yəni xx xxxxxx 2005-ci il təvəllüdlü Alyarov Hüseyinin saxlanılması üçün Cavabdeh tutulan 100 manat sabit pul məbləğində aliment pulunun və həmin uşağın xəstəliyi ilə bağlı, cavabdehin əlavə xərclərə cəlb edilməklə ödədiyi 40 manat pulun məbləğinin artırılaraq, Hüseyn Alyarovun yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində tutulan aliment pulunun artırılaraq 170 manat, uşağın xəstəliyi ilə bağlı məbləğin isə artırılaraq 150 manat olmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bəhman qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Onların birgə nikahından xx xxxx 2000-ci il təvəllüdlü X9, xx xxxxxxxx 2002-ci il təvəllüdlü X10 və xx xxxxxx 2005-ci il təvəllüdlü X11 adlı övladları vardır. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(039)-489/2015 saylı qətnaməsinə əsasən xx xxxx 2000-ci il təvəllüdlü X5, xx xxxxxxxx 2002-ci il təvəllüdlü X6 və xx xxxxxx 2005-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər uşaq üçün hər ay 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin xx xxxxxx 2015-ci il tarixdən başlayaraq alınıb ona verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan X6 və X2 üçün müəyyən edilmiş alimentin miqdarı artırılmış və Hüseynin xəstəliyi ilə bağlı 40 manat əlavə xərc müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə də Yevlax Rayon Məhkəməsinin qətnaməsi aliment hissəsində dəyişilərək 100 manat müəyyən edilmişdir. Cavabdehdən övladı Hüseynin saxlanması üçün ödənilməsi qət edilmiş sabit pul məbləğində alimentin və əlavə xərcin məbləğinin artırılmasını istəyir. İddiaçı Bəhman qızı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və cavabdehin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Bəhman qızı xx xxx 1978-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, C.Əzizov küçəsi 88-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2005-ci il tarixli AZ-l 713061 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı Bəhman qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)-1887/2019 saylı qətnaməsindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-739/2019 saylı qətnaməsi ilə (hakim Günay Cavadova) iddia qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(039)-489/2015 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılaraq xx xxxxxxxx 2002-ci il təvəllüdlü X6 və xx xxxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin və xx xxxxxx 2005-ci il təvəllüdlü X7 xəstəliyi ilə əlaqədar yaranmış əlavə xərc kimi 40 manat məbləğində pulun uşaq yetkinlik yaşına çatanadək tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF X16 xx xxxxxx 2020-ci il tarixli 20633092 saylı arayışından məlum olur ki, Cavabdeh 2-ci qrup əlilliyə görə 233.20 manat əmək pensiyası alır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(039)-739/2019 saylı qətnaməsi dəyişdirilmişdir. xx xxxxxxxx 2002-ci il təvəllüdlü X6 və xx xxxxxx 2005- ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı Bəhman qızına verilən sabit pul məbləğində alimentin miqdarı, hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışıdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühiti yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X4 Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasında 2021-ci il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən xx xxxxxx 2021-ci ildən uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü madəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olnmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimim təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyil. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır. Məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərinin hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2 saylı qərarının 8-13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh evlənərək ailə qurmuşlar. Birgə nikahlarından üç uşaqları olmuşdur. Uşaqların ikisi yetkinlik yaşlarına çatmışlar. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay 100 manat aliment, və X7 xəstəliyi ilə bağlı hər ay 40 manat əlavə xərc Cavabdehdan tutularaq İddiaçı Bəhman qızına ödənilməsi qət edilmişdir. İddiaçı alimentin və əlavə xərcin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə uşağın layiqli, firavan yaşayış səviyyəsini, təlim-tərbiyəsini, təhsilini, ikinci qrup əlil olmasını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X11 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat aliment və uşağın xəstəliyi ilə bağlı 60 manat məbləğində əlavə xərc Cavabdeh alınaraq İddiaçı Bəhman qızının xeyrinə verilməlidir. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkənə hesab edir ki, cavabdehin rəsmi işləməməsi onun uşağının saxlanılması vəzifəsindən azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(107)-1887/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin və əlavə xərcin məbləği artırılsın. Cavabdeh xx xxxxxx 2005-ci il tarixdə anadan olmuş X11 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat aliment və uşağın xəstəliyi ilə bağlı 60 manat məbləğində əlavə xərc İddiaçı Bəhman qızının xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 (iyirmi) manat dövlət rüsumu alınaraq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar