Məhkəmə qərarları › İş №2(039)-2356/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2356/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2356/2021 26.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlzadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrlərinə 426.97 manat əsas, 7.09 manat faiz, 0 manat cərimə, cəmi 434.06 manat və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsinin 12 noyabr 2021-ci il tarixli 2411 saylı arayışından məlum olur ki, Cavabdeh 10 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göründüyü kimi, iş üzrə tərəf olan iddiaçı Cavabdeh 10 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair 2(039)-2356/2021 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar