Məhkəmə qərarları › İş №2(039)-2356/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2356/2022

21.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2356/2022 21.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Bərdə Regional X4nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bərdə Regional X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 110 manat pulun alınaraq Bərdə Regional X4nin “Kapital Bank”ın Bərdə rayon Şöbəsinin Az 36 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Mərkəzin Qaraoğlan meşəbəyliyinin 4 saylı dolayın 7-ci kvartalında yoxlama apararkən Yevlax rayonu, Qaraoğlan kənd sakinin Cavabdeh məxsus 50 baş xırdabuyunuzlu heyvanların X6 ərazisində meşə əkinləri olmayan açıq sahədə otarması faktı müəyyən edilmişdir. Əraziyə baxış keçirilərək qeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı təbiətə 110 manat ziyan vurulması aşkar edilmişdir. Vurduğu ziyanın ödənilməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Bərdə Regional X4nin 18 noyabr 2022-ci il tarixli 65152 nömrəli aktından görünür ki, Yevlax rayonu, Qaraoğlan kənd sakini Cavabdeh özünün xırdabuynuzlu heyvanlarını gətirib qanunsuz olaraq meşə sahəsində otarır, meşə gözətçisinə tabe olmur, 50 baş xırdabuynuzlu heyvanları meşə sahəsində otarakən aşkar edilmişdir. Aktda Azərbaycan Respublikasıının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli qərarına əsasən meşəyə 110 manat ziyan vurduğu müəyyən olunur. 20 noyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X8 X2 Qaraoğlan meşəbəyliyinin 4 saylı meşə dolayından xx.xx.2021-ci il tarixdə özbaşına olaraq 50 baş xırdabuyunuzlu heyvan otarmaqla Məmmədov X1 Xətalar məcəlləsinin 257-ci maddəsinədə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Yevlax Rayon Məhkəməsinin 2(039)-1429/2020 saylı, xx.xx.2010-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 88 (səksən səkkiz) manat məbləğində pul alınaraq iddiaçı Bərdə Regional X4nin “Kapital Bank” Bərdə rayon Şöbəsinin Az 88 CTE 000 000 000 0000 ******* saylı hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, iş materialları ilə öz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 110 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 110 (bir yüz on) manat məbləğində pul alınaraq iddiaçı Bərdə Regional X4nin “Kapital Bank” Bərdə rayon Şöbəsinin Az 36 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar