Məhkəmə qərarları › İş №2(039)-2365/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2365/2025

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2365/2025 09.02.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçının etibarnamə əsasında nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 10350 manat pul və ödənilmiş 122 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10472 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X9 təxminən 2022-ci ildə narkotik ilə bağlı cinayət törətdiyi üçün həbs edilmişdi. Bu zaman hazırkı iş üzrə Cavabdeh1 onlara bildirdi ki, 17500 manat pul olsa oğlunu həbsdən azad edər. Ona cəmi 17500 manat pul verdik. Həmin pulun 7850 manatını kartla, qalanını isə əllə vermişlər. Pulun kartla göndərilməsinə dair 3 ədəd çekin surətini ərizəyə əlavə etmişdir: 1. 2850 manat; 2. 1000 manat; 3. 4000 manat. Həmin pulları Cavabdeh1 arvadı, hazırkı iş üzrə digər Cavabdeh2 məxsus olan «Kapitalbank»a aid olan karta (416973*****4345) göndərmişlər. Bundan başqa Cavabdeh1 ona məxsus olan pensiya kartından onların evdə online şəkildə kredit götürmüş və həmin pulu da bankdan çıxardaraq ona vermişlər. Həmçinin onun qızı Rəqsanənin Mercedes markalı avtomobili var idi. Həmin avtomobili də sataraq 6000 manat pulu İzzətə vermişlər. Beləliklə, o, İzzət və Dilsuza cəmi 14850 manat pul vermiş (7850 manat kartla göndərilən 1000 manat online kreditlə götürülən 6000 manat satılan avtomobilin pulu). Bundan sonra Cavabdeh1 həmin ona verdiyi puldan 2000 manat və 2500 manat olmaqla, cəmi 4500 manat pulu ona qaytarmışdır. Beləliklə, cavabdehin 10350 manat (14850-4500=10350) borcu qalmışdır. Bu hallarla bağlı kifayət qədər şahidləri də vardır və məhkəmə iclasında dindirilə bilərlər. Tərəflərin izahatı: xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini, pulun tutulub ona qaytarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İzzəti oğlu İsmayılın cinayət işi ilə bağlı tanımışlar. İzzət pul veriləcəyi təqdirdə oğlunu azadlığa buraxdıracağına söz vermişdir. Ödənişlərin qəbzi var, qalan 10000 manat pulu aparıb evində yoldaşına vermişlər.İş alınmadığı üçün pulu geri istəmişlər. Cavabdeh həmin puldan ödəmiş, 10000 manatı qalmışdır. Sonradan cavabdeh onun qızını məhkəməyə vermiş, 10000 manat pul tələb etmişdir. Qızı Rəqsanə və yoldaşı oğlu İsmayılın işinə görə gedəndə İzzət qızı Rəqsanəyə yalandan kağıza qol çəkdirib. Rəqsanənin savadsızlığından istifadə etmişdir. Yoldaşı Molla həmin kağızı cırıb atıb, lakin həmin qolu olan cırılı kağız cavabdehin həyətində qalıb. İzzət də həmin qoldan istifadə edib, iddia qaldırıb qızı Rəqsanədən pul tələb edib. Həmin işə Yevlax Rayon Məhkəməsində hakim Ruslan Əlizadə tərəfindən baxılıb. Qızının qan xəstəliyi olan uşağı var, həmin uşağa görə aldığı pensiyadan tutulur. İzzətin hərəkətləri barədə hüquq mühafizə orqanlarına müraciət etmədiyini, bir dəfə Yevlax rayonunda müraciət etdiklərini, o da iş üzrə qızının qol çəkilmiş qəbzləri olduğundan heç bir şey əldə etmədiklərini bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki,cavabdeh tərəfindən verilən 2(039)-1414/2023 saylı mülki işlə bağlı qətnamədən narazıdır. Apellyasiya şikayəti vermişdir. İzzət onları ailəlikcə aldatmış, qardaşının azad olunacağını bildirərək pullarını mənimsəmişdir. Qardaşının işi alınmayandan sonra İzzətdən pulları istəmişlər, o da həmin pulları qaytaranda ona qəbz yazdırıb qol çəkdirmişdir. Halbuki, o, İzzətdən borc deyil, hazırki iş üzrə pulun bir hissəsini almışdır. İzzət həmin qəbzlərdən istifadə edərək məhkəmə qətnaməsinin çıxarılmasına nail olmuşdur. İzzət və onun yoldaşı Dilsizla bağlı heç bir hüquq-mühafizə orqanına şikayət etməmişlər. Onlar İzzəti tanımışlar. İzzət pulları alarkən arvadının kartına atılmasını istəmiş, onlar da atmışlar. Bu səbəbdən Dilsuzu da cavabdeh qoymuşlar. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 çıxış edərək bildirdi ki, hazırki iş üzrə iddiaçını ümumiyyətlə tanımır. O, iddiaçının qızı, hazırki iş üzrə etibarnaməli nümayəndəsi Rəqsanəni tanımışdır. Rəqsanənin ona borcu olmuş, həmin borc xəstə uşağı ilə bağlı olmuş, bir hissəsini ödəmiş, ən son qalan 10000 manatı ödəməmişdir. O, məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Hazırki idda həmin qətnamənin icrasına suni maneçilik yaratmaq üçün qaldırılmışdır. İddiaçının qeyd etdiyi kimi olsa idi, Rəqsanə ona borcu olması barədə qəbzlər yazmazdı. Onun evinə gəlib getməkləri və pul göndərməkləri Rəqsanənin borcu ilə bağlı olmuşdur.Ümumiyyətlə o, hazırki iddiaçı- Nuriyəni tanımır. Nuriyə də onun yoldaşı Dilsuzu tanımır ki, Dilsuz ona nəsə borclu olsun. Yoldaşı Dilsuz övladları ilə bağlı Bakı şəhərindədir. Məhkəmə prosesindən məlumatlıdır, lakin heç bir aidiyyəti olmadığından iştirak etməyəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, taksi kimi fəaliyyət göstərir. Rəqsanənin 25000 manatdan çox İzzətə borcu olmuşdur. Bir neçə dəfə İzzəti Rəqsanəgilə pulu götürmək üçün aparmışdır. Bildiyi qədər çox hissəi ödənib, 10000 qalmışdır. Bir dəfə də İzzətdən qalan pulu soruşduqda artıq icrada olduğunu və hissəhissə tutulduğunu bildirmişdir. Hazırki işlə bağlı bildiyi qədər Rəqsanə və onun ailəsinin İzzətə borcu olub, lakin indi onlar İzzətə qarşı iddia qaldırmışlar. Bir dəfə də Rəqsanəni aparıb evlərinə düşürtmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, Nuriyəni İzzətin bağ evinə gedib gələndə görmüşdür. Pul borcu ilə bağlı gedib gəlirdi. Lakin yaddaşının o qədər yaxşı olmadığını, Nuriyə deyəndə əslində qızı Rəqsanəni demək istədiyini, onun bildiyi qədər Rəqsanəgilin 25000 manatdan çox İzzətə borclu olmuş, hissəhissə ödəmişlər, lakin sonradan dayandırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İzzətin uşaqlıq dostudur. Onun bildiyi qədər Nuriyəgil İzzətə borclu olmuşlar, hissə-hissə ödəniş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, iddiaçı onun həyat yoldaşıdır. Oğlu İsmayılın azadlığa çıxması üçün özünə məxsus olan “Mercedes” markalı maşını 6000 manat sataraq və yoldaşının adına bankdan 1000 manat kredit götürərək İzzət adlı şəxsə vermişlər.İzzət onları ailəlikcə aldatmış, pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Molla tanışıdır. Mollanı İzzətin yaşadığı evə aparmışdır. Molla yolda ona oğlunun çıxarılması üçün İzzətə pul verməyindən danışmışdır. Lakin o, həmişə qapıda çöldə gözləmiş, Molla və İzzətin danışıqlarının, eyni zamanda pul verilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, iddiaçı onun yaxın qohumdur. Nuriyənin oğlunu azadlığa çıxarmaq üçün İzzətə pul vermişlər. Lakin pulun verilməsini Molla və onun ailəsindən eşitmişdir. Pulun verilməsinin birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, iddiaçı onun bacısıdır. Nuriyə 1000 manat pulu iddiaçıya verdiklərini eşitmiş və bilmişdir. Lakin pulun verilməsini özü görməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 122 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi məktubda göstərilmişdir ki; Cavabdeh2 adına ******************** (PAN 523915 ******7212) saylı, ******************** (PAN 416973******4345)saylı və **********7710180 (PAN 416974******4410) saylı kart hesabları aşkarlanmışdır. Qeyd olunan kartların rekvizitləri və xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək olan çıxarışlar məktuba əlavə edilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X1 10000 manat pul və 120 manat ödənilmiş dövlət rüsumu alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-1414/2023 nömrəli xx.xx.2026-cı il tarixli əqrardadının surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1414/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsindən imtina edilmişdir, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 10350 manat pul və ödənilmiş 122 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10472 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh1 bu və digər səbəbdən (oğlunun cinayət işinə köməklik məqsədi ilə) hər hansı məbləğdə pul vəsaiti verməsini təsdiq edən sübutları, eyni zamanda digər Cavabdeh2 ilə aralarında hər hansı səbəblə razılaşma olmasını məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iş materiallarına ikisi oxunaqlı, biri ümumiyyətlə oxunmayan vəziyyətdə qəbzlər təqdim etsə də, digər Cavabdeh2 ilə arasında hər hansı razılaşma olması və həmin razılaşmaya əsasən Cavabdeh2 onun qarşısında öhdəlik götürməsini təsdiq edən sübutları həmçinin Cavabdeh2 göndərilmiş pulların hansı məqsədlə və təyinatla göndərilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını və daha sonra cavabdehin öz öhdəliklərini icra etməməsini, eləcə də ona zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri: Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 manat məbləğində pul iddiaçının özünə aid edilməlidir. östərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X8 və Cavabdeh2 qarşı 10350 manat pulun geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar