Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2389/2021 24.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbi barədə iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC(bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən Bankın xeyrinə 339,38 manat əsas, kredit məbləğinə hesablanmış 295,90 manat faiz borcu, 274,49 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 52,95 manat faiz borcu olmaqla, ümumilikdə 961,72 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 0126/İ15 AZN saylı, 25.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi üçün 12 ay müddətində illik 27 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit kartı verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25.02.2015-ci il tarixli, ZM-0126/İ15 AZN saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 0126/İ15 AZN saylı, 25 fevral 2015-ci il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə 13.02.2017-ci il tarixində 01 saylı əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyini (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 771,93 manat təşkil edir, kredit müddəti 13.02.2018-ci il tarixədək uzadılır və borcalan kreditora illik 27 faiz ödəyir. Bu əlavə saziş imzalandığı tarixdən etibarən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Cavabdeh1 18.12.2020-ci il tarixə kredit üzrə 339,38 manat əsas, kredit məbləğinə hesablanmış 295,90 manat faiz borcu, 274,49 manat cərimə, kredit müqaviləsi bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanan 52,95 manat faiz borcu olmaqla, ümumilikdə 961,72 manat məbləğində borcu yaranmışdır. İddiaçı Bankın nümayəndəsi Hikmət Həsənli teleqram ilə məhkəməyə müraciət edərək, Bankın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron informasiya sistemindən alınmış məlumata əsasən Cavabdeh1 18.06.2021-ci il tarixdə ölmüşdür. İddiaçı Bankın Cavabdeh1 qarşı irəli sürdüyü iddia tələbini özündə əks etdirən iddia ərizəsi Məhkəməyə 18.10.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Məhkəməyə daxil olan zaman Cavabdeh1 artıq öldüyündən o, hazırki iş üzrə tərəf olmamış və iş üzrə tərəf olmadığı üçün tərəf kimi sıradan çıxmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işin icraatına Cavabdeh1 aid hissədə xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-2389/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2389/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver