Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-239/2020 28.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İMEİ kod **********62608 olan iPhone X 256GB markalı telefon üçün 2056 manat ödənilməmiş hissə, 631 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2717 manat pulun tutulmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh qiyməti 3208 manat olan 1 ədəd “iPhone X 256GB” markalı telefonu 12 ay müddətinə, ilkin ödənişi 400 manat, aylıq 234 manat ödəmək şərtilə iddiaçıdan almışdır. Hazırda ümumilikdə 2687 manat olmaqla, cavabdehin 2056 manat əsas borcu və 631 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1152 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərizində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o həmin borcu ödəməkdən yayınmışdır. İddiaşının nümayəndəsi E.M.Allahverdiyev Yevlax Rayon Məhkəməsinə teleqram göndərərək iddiaçının iştirakı olmadan işə baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, K00184086 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********62608 olan “iPhone X 256GB” markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan həmin tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh İMEİ kodu **********62608 olan 1 ədəd “iPhone X 256GB” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 234 manat iddiaçıya ödəməlidir. Ödəniş cədvəlinin 2.bəndinə uyğun olaraq üzrə ödənişlərdə gecikmələr aşkarlansa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizədək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin alqı-satqı qiyməti 3208 manat olan “iPhone X 256GB” markalı telefon üçün ümumilikdə 2687 manat olmaqla, 1152 manat əsas borcu və 631 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2056 manat əsas borc, 631 manat cərimə olmaqla cəmi 2687 (iki min altı yüz səksən yeddi) manat və 30 manat dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-239/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-239/2020
28.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver