Məhkəmə qərarları › İş №2(039)-239/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-239/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-239/2024 14.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı icra məmuru (probasiya üzrə) X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mobil qurğusunun dəyəri olan 2,277.40 manat cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixində İddiaçınə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə şöbənin probasiya üzrə icra məmuru Y.İsgəndərovun və məhkumun özünün iştirakı ilə müvafiq protokol tərtib edilərək onun üzərinə cəza çəkdiyi müddət ərzində Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22-00-dan saat 07-00-dək aşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün icrası ilə əlaqədar olaraq qeyd olunan tarixdə müvafiq protokolla bir ədəd 078CE17376 nömrəli qolbaq, bir ədəd 35653303 nömrəli “Attenti” markalı mobil qurğu, bir ədəd elektrik adapteri, bir ədəd telefon qabı məhkum (hazırki iş üzrə cavabdeh) Cavabdeh təhvil verilmiş, nəzarət avadanlıqlarının istifadə qaydaları məhkuma izah edilmiş .ə bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Probasiya Xidməti Elektron Monitorinq İdarəsinin texniki rəyinə əsasən məlum olmuşdur ki, Cavabdeh mobil qurğunu tamamilə yararsız hala salmışdır Nazirliyin verdiyi maliyyə arayışına görə mobil nəzarət qurğusunun dəyəri 2,277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflərin izahatları: İddiaçı icra məmuru (probasiya üzrə) Yelmar İsgəndərov məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaya etirazı yoxdur. Sübutlar: Yevlax Rayon Məhkəməsinin 1(039)-94/2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə saat 22-00-dan saat 07-00 qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş. 04 iyul 2022-ci il tarixli Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolundan görünr ki, Cavabdeh İddiaçı məmuru (probasiya üzrə)-ədliyyə qulluqçusu Yelmar İsgəndərovun iştirakı ilə prokotola imza edilməklə ona 1 ədəd 35653303 nömrəli, “Attenti” markalı mobil qurğu, 1 ədəd 078CE17376 nömrəli qolbaq, 1 ədəd telefon qabı və 1 ədəd adapter qəbul etmiş, məhkuma məhkəmənin hökmünün (qərarının) tələbləri, cəzaların icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verilmişdir. 04 iyul 2022-ci il tarixli Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitələrinin dəyərinin elan edilməsi barədə protokoldan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə məhdudlaşdırılması cəzasına məhkum olunmuş Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi yaxud digər üsulla onu yararsız vəziyyətə şalacağı halda dəyərinin ondan tutulacağı elan edilmiş və sadə elektron qolbaq 1 ədədin dəyəri 1,930.00 manat, sadə elektron qolbaq x1 mobil nəzarət qurğusu x1 elektrik adapteri x1, ƏDV 347.40 manat , cəmi 2,277.40 dəyəri izah edilməklə Cavabdeh İddiaçı məmuru (probasiya üzrə)-ədliyyə qulluqçusu Yelmar İsgəndərovun iştirakı ilə prokotola imza etmişdir. "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və ya yararsız hala salınması hallarında, qeyd olunan həmin vasitələrin dəyəri yəni sadə elektron qolbaq 1 ədədin dəyəri 1,930.00 manat, sadə elektron qolbaq x1 mobil nəzarət qurğusu x1 elektrik adapteri x1, ƏDV 347.40 manat, cəmi 2,277.40 dəyəri nəzarət subyektindən tutulması üçün təqdim olunmuşdur. "xxxx" QSC-nin mühəndisi Eldar Qurbanov tərəfindən təqdim edilmiş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında 000401 №-li rəyində qeyd olunur ki, Cavabdeh istifadəsində olan 35653303№-li Attenti V6 mobil qurğuya xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ana platada elementlərdə korroziya müşahidə olunur və toxunma panelin plataya qoşulan element qopardılıb. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. Yevlax Rayon Məhkəməsinin 7(039)-94/2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsinə dair İddiaçı təqdimatı təmin edilmiş, Cavabdeh məhkum olunduğu 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 12 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 07 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cazası ilə əvəz edilmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, mövcud sübutlarla müəyyən olunur ki, Cavabdeh məhkəmə hökmü əsasında azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Cavabdeh elektron nəzarət vasitələri təqdim edilmiş, tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi yaxud digər üsulla onu yararsız vəziyyətə şalacağı halda dəyərinin (sadə elektron qolbaq 1 ədədin dəyəri 1,930.00 manat, sadə elektron qolbaq x1 mobil nəzarət qurğusu x1 elektrik adapteri x1, ƏDV 347.40 manat, cəmi 2,277.40) ondan tutulacağı elan edilmişdir. Lakin, təqdim edilən elektron nəzarət vasitələri yararsız hala salınmış, Cavabdeh bunun onun iradəsindən asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, bu barədə ərizə təqdim etməklə iddia ilə razı olduğunu bildirmişdir. Bununla da iddiaçıya cavabdehin qanunsuz hərəkəti nəticəsində 2,277.40 manat məbləğində zərərin vurulması təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia ərizəsi təmin edilsin. Cavabdeh 2,277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik maddi ziyan İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar