Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2396/2024 29.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 235 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Sonradan cavabdehlə münasibətləri pozulduğu üçün Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Uşaqlar onun himayəsindədir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 140 manat alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdehin rəsmi işi yeri vardır. Yevlax rayon SPES svyazda işləyir. 500 manatdan artıq əmək haqqı alır. Ödədiyi 140 manat alimentin isə çox azdır. Uşaqlar artıq böyüyür. Onların tələbatını ödəmir. X2 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki şəhəri Kimya-Biologiya təmayüllü liseydə təhsil alır. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı iki uşağın saxlanılması üçün 470 manat aliment tələbinə dair idda ərizəsinə etiraz edir. Onun əmək haqqısı 400 manat olduğu bir halda 470 manat aliment ödəyə bilmir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iki uşağın saxlanılması üçün 2021-ci ildə təyin edilmiş 240 manat alimentin miqdarı artırılaraq 280 manat tutulması barədə qətnamə qət edilmişdir. Əvvəlki qətnamələrin icrası vaxtı vaxtında əmək haqqından 280 manat bir başa tutularaq iddiaçıya ödənilməlidir. Əşya tələbi ilə bağlı 9693.47 manat pul 2022-ci il tarixdə Yevlax Rayon Məhkəməsində baxılaraq onun xeyrinə qət edilmişdir. Həmin pulun sabiq həyat yoldaşı İddiaçı alınıb ona ödənilməsi ilə bağlı Yevlax rayon icra və probasiya şöbəsində xx.xx.2023-cü il tarixdə alimentlə əvəzləşdirilməsi üçün 2026-ci il fevral ayına kimi hesablanaraq razılaşdırıldı və bu barədə İddiaçı özünün razılıq ərzəsini vermişdir. İddaçının himayəsində qalan iki uşaqları hazırda böyük oğlu Şəki şəhəri Kimya- Biologiya təmayüllü məktəbdə oxuyur. Balaca oğlu isə ondan xəbərsiz və onun razılığı olmadan AR DSX-nin xüsusi məktəbinə göndərilibdir hazırda orada oxuyur. Artıq hər iki uşaq dövlət tərəfindən himayə olunur, onların oxunması və digər tələbatları ödənilir. Bu halda iddiaçının ondan tutulan alimentin mirdarını artırmaqda məqsədli nədir və həmin pulları kimə sərf edəcəyidə məlum deyildir. Uşaqların saxlanılması üçün alimenti ödəsədə bir aydır ki, balaca oğlu ilə görüşə bilmir. Böyük oğlunuda çox çətinliklə görür. O, başqa bir yerdə işləmir və başqa gəlirləridə yoxdur. Ona görəki onun işi olduqca məsuliyyətli işdir. İş saatı bilinmir. Aylıq əmək haqqı 400 manatdır. Əgər alimentin miqdarı artırılarsa o, 470 manat pulu hardan alıb necə ödəyəcəkdir. Onun Himayəsində qoca yaşlı xəstə anası, xəstə bacısı var. Özüdə ailəlidir. İddiaçı hazırda Xaldan qəsəbəsində Meyvəli kəndində olan Kəlbəcər rayon tam orta məktəbində müəllimə işləyir. Ədəbiyyat fənindən dərs deyir. Aylıq əmək haqqısı 1000 manatdır. Dərsdən sonra evdə uşaq hazırlayır. Aylıq gəliri 1000-1500 manat civarındadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etməyərək, artıq hər iki uşağın dövlət tərəfindən himayə olunduğunu, onların oxunması və digər tələbatlarının ödənilməsi dövlət hesabına həyata keçirildiyini bildirmişdir. Onun ikinci dəfə ailə qurmasını, himayəsində xəstə ana və bacısı olmasını nəzərə alıb məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-T seriyalı 115025 nömrəli və AZ-T seriyalı 105281 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Nihad və xx.xx.2014-cü il təvəllüdlü Soltan adlı uşaqları var. xx.xx.2024-cü il tarixli, MŞY/MT034/2024-00421 saylı arayışdan məlum olur ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 390746 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah qeydi xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-2478/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməsi qət etmişdir. 2 saylı Gəncə regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2023-cü ildə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 970 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Həşimova soyadı verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki şəhər Kimya-biologiya təmayüllü liseyinin publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 317 saylı arayışdan görünür ki, X1 şəhər Kimya-biologiya təmayüllü liseyinin 6 sinifində oxuyur. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə olunmuş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı “X14 Təhsil İdarəsində” ədəbiyyət müəlliməsi işləyir aylıq əmək haqqı 1039.33 manat təşkil edir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Mərkəzi xüsusi Rabitə İdarəsindən verilmiş 09 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 2023-cü ilin oktaybr ayından 2024-cü ilin sentyabr ayınadək cəmi 6114,81 manat əmək haqqı ödənilmişdir (orta hesabla aylıq 509,56 manat). Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Yevlax Rayon Məhkəməsinin 2(039)-2478/2022 saylı saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 235 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-2478/2022 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2396/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2396/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver