Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2419/2021 21.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, X1 məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə ünvan 1 ünvanında yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı sahəyə, ünvan 2 ünvanından zəhərli və çirkli hava vurulan hissənin, çirkab sularının axıdılması üçün açılmış dəliyin betonlatdırılması, mülkiyyətində olan yaşayış evinə və həyətyanı torpaq sahəsinə baxan eyvanın onlar tərəfə olan hissəsinin tam olaraq cüt daşla, öz tərəfinə olan hissənin isə 2 metr hörülməsi, onun mülkiyyətində olan fərdi yaşayış evində və həyətyanı torpaq sahəsində qeyri-qanuni olaraq aparılmış tikinti və qeyri-tikinti sahəsinin, kommunal xəttin sökülərək yerinin betonlatdırılması, yağış sularının yığılması, onlara tərəf axıdılmaması, giriş qapısına 1 metr məsafədə olan çirkab sularının axıdıldığı yerin ləğv edilməsi və matorun yerinin dəyişdiriməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.2.3-cü maddəsində qeyd olunur ki, məhkəmə əmrinin verilməsi barədə ərizədə borclu haqqında məlumatlar göstərilməlidir. Məhkəmə ilk öncə onu qeyd edir ki, Telman Sadıqov məhkəmə əmrinin çıxarılması ilə bağlı ərizə ilə məhkəməyə müraciə etsə də, ərizədə borclu haqqında məlumatları qeyd etməmişdir. T.Sadıqov həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi də ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, T.Sadıqovun hazırkı tələbinə əmr icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələblərinə və ya əmlakın tələb edilməsi üzrə işlərə əmr icraatı qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 məhkəmə əmrinin çıxarılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-2419/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2419/2021
21.10.2021 · Əmr icraatı - Əmlak tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver