Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2442/2024 21.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2 (063)-276/2022 saylı qətnaməsi ilə Cavabdeh 01 dekabr 2007-ci il təvəllüdlü X5, 28 sentyabr 2009-cu il təvəllüdlü X3 və 27 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan 115 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hə ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(063)-276/2022 saylı qətnaməsi ilə Cavabdeh 01 dekabr 2007-ci il təvəllüdlü X5, 28 sentyabr 2009-cu il təvəllüdlü X3 və 27 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 115 manat sabit pul məbləğində alimentin alınıb ona (iddiaçıya) verilməsi qət edilmişdir. Cavabdehlə iki ildir ki, ayrılmışlar. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa uşaqların maddi cəhətdən saxlanmasında cavabdeh əlavə olaraq ona kömək etmir. Özü yeni işə düzəlmiş, lakin əmək haqqı almamışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X8 iddianı qismən etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(063)- 276/2022 saylı qətnaməsi ilə Cavabdeh 01 dekabr 2007-ci il təvəllüdlü X5, 28 sentyabr 2009cu il təvəllüdlü X3 və 27 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 115 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmiş aliment cavabdeh tərəfindən vaxtında ödənilir. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır və maddi imkanı yoxdur. Əvvəlki illərdə cavabdeh uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiçıya kömək etsə də, sonradan maddi imkanı olmadığından kömək edə bilməmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq hər ay 130 (bir yüz otuz) manat müəyyən edilməsinə etiraz etmir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Ucar rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 01 dekabr 2007-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 28 sentyabr 2009-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Ucar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 dekabr 2010-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Ucar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(063)-276/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 17 yanvar 2008-ci ildə Ucar rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 01 dekabr 2007-ci ildə doğulmuş X5, 28 sentyabr 2009-cu ildə doğulmuş X3, 27 dekabr 2010-cu ildə doğulmuş X2 İddiaçı yanında qalmaları, Cavabdeh 01 iyul 2022-ci ildən başlayaraq 01 dekabr 2007-ci ildə doğulmuş X5, 28 sentyabr 2009-cu ildə doğulmuş X3, 27 dekabr 2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 115 (bir yüz on beş) manat olmaqla, cəmi 345 (üç yüz qırx beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(063)-276/2022 saylı qətnaməsi ilə Cavabdeh 01 dekabr 2007-ci il təvəllüdlü X5, 28 sentyabr 2009-cu il təvəllüdlü X3 və 27 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 115 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən alimentin məbləği həmin uşaqların maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh isə uşaqların maddi cəhətdən saxlanmasında əlavə olaraq iddiaçıya kömək etmir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında» Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment vermək imkanına malik olmasına dair iddiaçının irəli sürdüyü halların məhkəmə iclasında öz təsdiqini tapmadığını, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin uşaqların saxlanması üçün kifayət etmədiyini, iddiaçının hazırda işlədiyini, aylıq əmək haqqı aldığını, cavabdehin rəsmi olaraq işləmədəyini nəzərə alır və hesab edir ki, Ucar Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(063)-276/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat müəyyən edilməsi tərəflərin həqiqi vəziyyətinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(063)-276/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin və məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq 01 dekabr 2007-ci ildə doğulmuş X5, 28 sentyabr 2009-cu ildə doğulmuş X3 və 27 dekabr 2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 77.6 (yetmiş yeddi manat altmış qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2442/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2442/2024
21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver