Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-245/2023 28.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 520 manat pul məbləğinin tutulub ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, o, əvvəldən tanıdığı Cavabdeh 2022-ci ilin avqust ayında 520 manat məbləğində pul verib ondan mal-qaranı otarmaq üçün otlaq sahəsi almışdır, lakin həmin sahədə mal-qaranı otarmaq üçün yol olmadığı üçün malqaranı həmin yerə apara bilməmişdir. Ona görə cavabdehdən pulunu geri tələb etmişdir. Lakin cavabdeh əvvəl razılaşsa da, sonradan olan borcunu qaytarmaq əvəzinə hətta öldürməklə hədə qorxu gəlmişdir ki, pulu ondan tələb etməsin. Sonradan anasının xəstəliyi ilə bağlı başı anasına qarışmışdır. Cavabdehin hərəkətləri ilə bağlı onun barəsində Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. Lakin orada bildirmişdilər ki, şikayəti mülki xarakterli iş olduğu üçün məhkəməyə müraciət edilməlidir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2022-cu ilin avqust ayında mal-qaranı otarmaq üçün 520 manat Cavabdeh verərək otlaq sahəsi almışdır. Pulu həmkəndlisi X3 iştirakı ilə vermişdir. Sonradan həmin sahədən istifadə etmədiyi üçün geri qaytararaq pulu geri istəmişdir. Cavabdeh isə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçılə tanış olsa da, mal-qaranın otarılması üçün otlaq sahəsi bağlı aralarında heç bir razılaşma olmamış, iddiaçı ona hər hansı bir məbləğdə pul verməmişdir. Belə ki, onun özünə məxsus torpaq sahəsi yoxdur. İddiaçının belə tələb irəli sürməsinin səbəblərini anlamır. İddianın təmin olumamasını xahiş etmişdir. Sübutlar: X2 bildirmişdir ki, həm İddiaçı həm Cavabdeh tanıyır. Onların arasında torpağın alınması ilə bağlı danışıqlar olmuşdur. İddiaçı Cavabdeh torpaq sahəsi almaq istəmişdir. Buna görə də, iki dəfə İddiaçı onun yanında Cavabdeh hər dəfə 100 manat olmaqla cəmi 200 manat pul vermişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, iddiaçı, özünə məxsus mal-qaranı otarmaq məqsədi ilə cavabdehə məxsus torpaq sahəsindən istifadə etmək üçün sonuncuya 520 manat məbləğində pul verdiyi bildirməklə həmin torpaq sahəsindən istifadə etmək mümkün olmadığı üçün verdiyi pulu geri tələb edir. Hazırkı halda cavabdehin özünə məxsus torpaq sahəsinin mövcudluğunu, onunla qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsindən icarə müqaviləsinin bağlandığını, habelə bunun əsasında sonuncuya 520 manat pul verdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iddiaçı bunun təsdiqi olaraq yalnız şahid Salman İmranovun ifadəsinə istinad edir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı buna dair hər hansı başqa sübut təqdim etmədiyindən yalnız şahidin ziddiyyətli ifadəsinə istinad etməklə hazırkı iddia təmin edilə bilməz. Bu səbəbdən iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı 520 manat pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-245/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-245/2023
28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver