Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2456/2023 25.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7000 manat məbləğində pulun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, məcburi köçkündür. Müvəqqəti olaraq Yevlax şəhəri, Baxşeyiş Kərimov küçəsində yaşayır. Cavabdeh xeyli vaxtdır ki, tanıyır və yaxşı münasibətləri olmuşdur. 2021-ci ildə Cavabdeh onlardan bir neçə baş heyvan almış, pulunu verəcəyini bildirsə də, pulu verməmişdir. Bundan sonra o, öz xətti ilə qəbz yazmış və özü də imzalamışdır. Cavabdeh özü də ondan pul almasını danmır və verəcəyini bildirir, lakin aradan neçə il keçməsinə baxmayaraq pulunu vermir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında bildirmişdir ki, İddiaçı əri Seymur Baxşəliyev ilə dostluq münasibətlərində olmuş, onunla birgə bir neçə dəfə Rafiq adlı tanışlarından nisyə iribuynuzlu heyvan alıb satmışlar. Bu alış-verişlərin hər dəfəsində heyvanları aldıqları qiymətdən ucuz satdıqlarından bir xeyli borcu yaranmış və nəticədə İddiaçı həmin borcu onun əvəzindən Rafiqə ödədiyi üçün sözügedən qəbzi yazaraq iddiaçıya vermişdir. Qəbzdə yazılan borcdan bir qismini ödəsə də bununla bağlı əlində sənədi yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yazılmış qəbzin əslindən görünür ki, iddiaçı cavabdehə cəmi 7000 manat borc pul vermişdir. Yevlax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X2 Cavabdeh qarşı pul tələbinə dair Yevlax Rayon Polis Şöbəsində hər hansı bir müraciət daxil olmamış və araşdırma aparılmamışdır. Məhkəmə iclasında iddiaçının tərəfin şahidi qismində dindirilmiş X3 ifadəsində Nərmin Muradova onun həyat yoldaşı olduğunu, Cavabdeh ilə əvvəllər dostluq münasibətlərində olduqlarını bildirmişdir. O həmçinin qeyd etmişdir ki, Orxanın xahişi ilə öz tanışı Rafiq adlı şəxsdən Orxan üçün bir neçə dəfə nisyə iribuynuzlu heyvan götürərək Orxana vermiş, sonuncu isə həmin heyvanları dəyərindən ucuz qiymətə sataraq öz xərclərini qarşılamışdır. Bir neçə dəfə bu tipli alış veriş olduqdan sonra borc məbləği şişmiş və arvadı Nərminə bu məsələni bildikdən sonra qohumlarının adına kreditlər götürərək borcun Cavabdeh aid olan hissəsini də ödəmişdir. Sonradan isə Orxan Nərminə tərəfindən ödənilmiş borc həddində qəbz yazıb Nərminəyə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehin 7000 manat məbləğində olan borcunu ödəmiş, Cavabdeh isə İddiaçı 7000 manat borcu olması barədə qəbz vermiş, habelə Cavabdeh 7000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı X1 xeyrinə 7000 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat məbləğində pul iddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2456/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2456/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver