Məhkəmə qərarları › İş №2(039)-2459/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2459/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2459/2025 24.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh Əli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Əli oğluna qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh Əli oğluna qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Əli oğlundan 902,54 manat, eləcə də 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, həmkəndlisi Cavabdeh Əli oğlunun xahişi ilə onun "xxxx" ASC-nin Yevlax filayılndan götürdüyü 1300,0 manat kreditin təminatçısı kimi zamin olmuşdur. Lakin Cavabdeh borcunu ödəmədiyindən "xxxx" ASC məhkəməyə müraciət etmiş, Yevlax Rayon Məhkəməsinin 23 aprel 2015-ci il tarixli qətnaməsinə əsasən borcun müştərək olaraq ondan və Cavabdeh tutulması qət edilmişdir. Sonradan isə həmin tutma onun sosial təqaüdünə yönəlmiş və ondan rəsmi olaraq 902,54 manat tutularaq banka ödənimişdiri. Bu isə onun çox ağır maddi-mənəvi duruma salmışdır. Cavabdeh tərəfindən borc könüllü olaraq ona ödənilmədiyindən, hazırda həmin məbləğin Cavabdeh tutularaq ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesi: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq, Zaməddin Ağayev tərəfinən ona cavabdehə məxsus kartı ona verdiyini, həmin kartdan 1 dəfə 120 manat pul çıxardığını, Yevlax Rayon Məhkəməsinin 2(039)-2671/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsinin yenidən icra yönəlməsi nəticəsində 1y cəmi 125 manat pulun onun kartına keçdiyini, bundan başqa cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh Əli oğlu izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2671/2018 saylı, xx.xx.2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddiaçının ona qarşı pul tələbinə dair iddiası təmin olunmuş, sonradan onun şikayətinə əsasən Yevlax Rayon Məhkəməsinin 2(039)-2459/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə sözügedən qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmişdir. İddia tələbini qəbul etmir, banka olan bütün borc onun tərəfindən ödənilmişdir. Bankdan bu barədə sənəd alaraq iddiaçıya təqdim etmişdir. Onun özündə heç bir sənəd qalmamaışdır. Əgər onun borcu olsa idi, bu 10 il ərzində ondan tələb edilərdi. Həmçinin o, iddiaçıya özünə məxsus kartını vermiş, kartın içərisində 240 manat məbləğində pul olmuş, qiyabi qətnamənin icraya yönəlməsi nəticəsində onun pensiyasından 125 manat pul tutulmuşdur. Həmçinin illər öncə iddiaçıya 80 manat nağd pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, iddiaçı və cavabdeh onun həmkəndlisidirlər. Onun bildiyi qədər Yusif "xxxx" ASC-dən kredit götürmüş, Bayram ona zamin durmuşdur. Tarixi tam xatırlamadığı bir gündə Yusif ona kredit borcunun Bayramın pensiyasından tutulduğunu, özünə məxsus olan bank kartını Bayrama verməsini və içərisində 120 manat pul olduğunu bildirmiş, o da kartı Yusifdən alıb Bayrama vermişdir. Bir ay keçdikdən sonra Bayram həmin kartı və 50 manat pulu ona verərək Yusifə verməsini bildirmiş, o isə niyə 50 manat pulu qaytardığını soruşduqda, Bayram Yusifin evində çörək almağa pul olmadığından 50 manatı qaytardığını bildirmişdir. O, həmin kartı və pulu götümədiyini, Bayrama özünün qaytarmasını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(039)-282/2015 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh Əli oğlundan və İddiaçı 758.71 manat əsas borcu, 83.06 manat məbləğində faiz borcu, 28.27 manat cərimə borcu olmaqla, cəmi 871.01 manat məbləğindəkredit borcunun və 30 manat məbləğində dövlət rüsumunu məcburi qaydada alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin 46/813 nömrəli, xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı 871.01 manat borcu və 31.53 manat icra xərci, cəmi 902.54 manat tutulub "xxxx" ASC-ə ödənilmişdir. Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli. 28859/4 nömrəli məktubundan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2671/2018 saylı 20 dekabr 2018-ci il tarixli məhkəmə qərarına əsasən borclu Cavabdeh Əlif oğlundan cəmi 932 manat məbləğində pulun alınıb tələbkar İddiaçı xeyrinə verilməsi ilə əlaqədar icra sənədinin icrası ilə bağlı tələbkarın xeyrinə cəmi 125 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Mülki Prosessual Məcəllə: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən işə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliyi yerinə yetirərək cavabdehin kredit müqaviləsi üzrə banka olan 902.54 manat borcunu ödəmişdir. Tərəflərin izahatı və şahid ifadələri ilə iddiaçının cavabdehə məxsus kartından 120 manat pul çıxarması sübut olunmuşdur. Həmçinin Yevlax rayon İcra və probasiya şöbəsinin məktubu ilə müəyyən edilir ki, Cavabdeh Əlif oğlundan 125 manat pul tələbkarın xeyrinə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Əlif oğlundan İddiaçı xeyrinə 657.54 (altı yüz əlli yeddi manat əlli dörd qəpik) manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əlif oğlundan 657.54 (altı yüz əlli yeddi manat əlli dörd qəpik) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar