Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-246/2020 13.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi X3 nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə qarşı hüquqi əhəmiyyəti olan faktının müəyyən edilməsi barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X4 maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə qarşı hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN 246 KOD 901 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və 8 AZ-İ 344936 №-li ölüm haqqında şəhadətnamədən mərhum anası Əsli Əlbəndovanın atasının adının Qulu yazılması səhv qeyd hesab edilməklə düzəldilərək Yunis kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Ərizəçinin nümayəndəsi X2 xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDI: Ərizəçi X3 maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2nə qarşı hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-246/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-246/2020
13.02.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver