Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-247/2023 28.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə (İB) Cavabdeh qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin 448.80 manat borcun abonentin **********00000 saylı koduna və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “Azəriqaz “İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ 2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** tələbi üzrə qətnamə çıxarılmasın xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh, “Azəriqaz” İB Tərtər RQİİ Yevlax rayonu üzrə xidmət sahəsində abonent kodu **********00000 olmaqla xx.xx.2022-ci il tarixli, 09012 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rayonu üzrə Yevlax xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində **********5 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə borcu 2019-cu il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonenti 448.80 manat borcu yaranmışdır. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də borclu həmin məbləği hələdə ödəməmişdır. Tərəflərin izahatları: İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi İlham Xəlilov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim edilmiş iddiaçı “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin Yevlax rayonu üzrə xidmət sahəsi ilə Cavabdeh arasında bağlanmış Yevlax rayonu üzrə xidmət sahəsində abonent kodu **********00000, xx.xx.2022-ci il, 09012 saylı müqaviləsindən görünür ki, Cavabdeh mənzilində **********5 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə öz üzərinə rəsmiləşdirilmişdir. Abonentin saldosundan görünür ki, Cavabdeh onunla bağlanmış qazın alqı-satqı müqaviləsinin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bunun nəticəsində onun 448.80 manat borcu yaranmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh istehlakçı olaraq müqavilə əsasında “Azəriqaz” İB tərəfindən təbii qazla təmin edilmiş, lakin istehlak etdiyi qazın dəyərini lazımınca ödəməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən məbləğdə borc yaranmışdır. Borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçının yaranmış borcun tutulması tələbi əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən 448.8 manat məbləğində pul alınıb koda hesablanmalı, məhkəmə xərclərinin əvəzi isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 448 (dörd yüz qırx səkkiz) manat 80 (səksən) qəpik borcu tutularaq onun **********00000 saylı koduna və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ 2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-247/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-247/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver