Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-248/2023 05.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil Nemət qızının, Cavabdehlər Cavabdeh1 və X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X10 qarşı pul və dəymiş ziyan tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1yə və Çiçək Yolçuyevaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dən 2004-cü ildə verilmiş 5,000,000 (beş milyon) AZM pulun ekvivalenti olan 1,000 manat pulun, Çiçək Paşaidən 1,500 manat pulun alınıb ödənilməsi, 0.21 ha torpaq sahəsinin münbitləşdirilməsi ilə əlaqədar çəkilmiş xərc kimi 10,000 manat pulun cavabdehlərdən alınıb ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh1 onun doğma qardaşıdır. 2004-cü ildə onunla qonşuluqda olan 12 sot torpaq sahəsini satdığını bildirmiş və həmin torpaq sahəsini həmin dövrün pulu ilə 500 şirvana satmağa razılaşmışdır. Torpağın satış dəyəri olan 5,000,000 (beş milyon) AZM-i aldıqdan sonra 05 may 2004-cü ildə torpağı oğlu Paşai Məhərrəmə bağışladığını bildirmiş və tərtib olunmuş akta imza atmışdır. Sənədləşdirməni isə sonra aparacağım bildirmişlir. Bundan sonra həmin torpaq sahəsini yararlı hala salmaq üçün həmin sahəyə 500 “Kamaz” münbit torpaq tökdürərək torpaqda olan 2 metrlik çalaları doldurmuşdur. Ancaq islahat başa çatmadığından alqı-satqı sənədləşdirmək mümkün olmurdu. Vaqif isə doğma qardaşı olduğundan ona böyük etibarı vardı. Hazırda da Vaqif torpağa görə 500 şirvan aldığını etiraf edir. Sonradan Cavabdeh1 arvadı Çiçək Paşai ilə aralarında narazılıq olmuş onlar boşanmışdır. 2017-ci ildə Çiçək Paşai əri Cavabdeh1 ilə birgə mülkiyyətlərində olan 0.21 ha torpaq sahəsinin ona düşən yarısını da satmağa razılaşaraq təcili ona pul lazım olduğunu bildirərək 1,500 manatı almış və 2 gün sonra sənədləşdirəcəyini vəd etmişdir. Çiçək Paşaiyə 1,500 manat pulu ödəsə də, o, yenə də torpağı adına keçirtməkdən imtina etmişdir. X15 pul ödəməyinin səbəbi isə o idi ki, o, artıq böyük vəsaitlər xərcləyərək həmin 0.21 ha torpaq sahəsini münbitləşdirmişdir, satın aldığı torpağı sənədləşdirmək istəyirdi. Hazırkı müddətə qədər Çiçək bildirmişdir ki, qardaşı Vaqif mübahisə etdiyindən torpağı adına sənədləşdirə bilməmişdir. Hazırda isə hər ikisi istifadəsində olan və faktiki satdıqları torpağı satmağa çalışırlar. Beləliklə, Cavabdeh1 torpaq sahəsini ona satacağı vədini verib 2004-cü ildə 5,000,000 (beş milyon) AZM, 2017ci ildə isə Çiçək Paşai 1,500 manat pul almışdır. Qeyd edilən torpaq sahəsində dərinliyi 2 metr olan çalalar mövcud olduğundan özləri sahəni münbitləşdirə bilmirdilər, nə də sata bilirdilər. O, isə 18 il ərzində ancaq həmin torpağı ancaq peyin və münbit torpaqla əkinə yararlı hala salmağa çalışmışdır. 18 ildir ki, həmin sahəyə qulluq edir. Ora su arxı çəkmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinə görə 2004-cü ildə qardaşı Cavabdeh1yə pulu verdikdən sonra həmin torpaq sahəsi onun istifadəsində olmuşdur. Bu barədə aralarında 05 may 2004-cü il tarixdə akt da tərtib edilmişdir. Aktda formal olaraq oğlu Məhərrəm Paşainin adı qeyd edilmişdir. Həmin vaxtdan torpaq sahəsinin münbitləşdirmək üçün müvafiq işlər görmüş bunun üçün vəsait xərcləmişdir. Eyni zamanda bu müddət ərzində həmin torpaq sahəsində əkin işləri də apararaq bəhər götürmüşdür. Lakin son zamanlar aralarında mübahisə yarandığından torpaq sahəsindən istifadə edə bilmir. Cavabdehlərə ayrı-ayrılıqda müraciət edərək pulunu geri istəsə də, cavabdehlər müxtəlif bəhanələr gətirərək pulu qaytarmadan yayınmışlar. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirmişdir ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.21 ha torpaq sahəsi keçmiş arvadı Çiçək Yolçuyeva ilə ümumi birgə mülkiyyətində olmudur. Həqiqətən 05 may 2004-cü il tarixdə qardaşı İddiaçı ilə razılaşaraq həmin torpaq sahəsini ona faktiki olaraq satmış və bunun müqabilində ondan həmin zaman 5,000,000 AZM məbləğində pul almışdır. Lakin, bunu sənədləşdirə bilməmişdir. Sonradan isə Çiçək Yolçuyeva ilə münasibətləri pozulmuş və onların arasında nikah pozulmuşdur. Bundan sonra Çiçək Yolçuyeva torpağın bölgüsü ilə bağlı məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə qeyd olunan torpağa hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Torpağa görə aldığı 1,000 manat pulu qaytarmağa razıdır, lakin, çəkilmiş xərclə bağlı iddia tələbini qəbul etmir. Belə ki, torpaq sahəsi uzun müddət İddiaçınin faktiki sahibliyinə olmuş və o, həmin sahədən bəhrələnmişdir. İddianın qismən, 1,000 manat tələbi hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdeh Çiçək Yolçuyeva iddianı qismən qəbul edərək bildirmidir ki, həqiqətən Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.21 ha torpaq sahəsinin ona aid hissəsinin İddiaçıyə satmağa razılıq vermiş və buna görə ondan 1,500 manat pul almışdır. Lakin, sonradan sənədləşdirmə ilə bağlı müəyyən məsələlər araya çıxdığından sahənin İddiaçınin adına rəsmiləşdirməsi mümkün olmamışdır. Həmin torpaq sahəsi uzun müddət İddiaçımom sahibliyində və istifadəsində olmuş, sonuncu oradan bəhər götürmüşdür. İddianın qismən, 1,500 manat pul tələbi hissəsində təmin edilməsini, qalan hissə də isə təmin edilməməsini xahiş etmişdir. Sübutlar: 05 may 2004-cü il tarixli Aktın surətindən görünür ki, Yevlax rayon Havarlı kəndində komissiya üzvlərinin iştirakı ilə akt tərtib edilib və həqiqətən Havarlı kənd sakini X7 İ-ЖГ 612201 №-lə özünə məxsus olan 0,12 ha həyətyanı torpaq sahəsini , özünün qardaşı oğlu olan X1 (AZE №********) öz razılığı əsasında həmin 0,12 ha torpaq sahəsini ömürlük olaraq əkib-becərməsi üçün ona bağışlamışdır. Hər ikisinin arasında torpaq bağışlanması kənd sakinlərinin iştirakı ilə verilmişdir. Torpaq bağışlandıqdan sonra heç bir iddiası yoxdur. Akt tərtib edilərək imlalarla imzalanmışdır. 09 sentyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, 0,21 ha həyətyanı torpaq sahəsinə baxış keçirilmiş, 05 may 2004-cü il tarixdə Havarlı kənd sakini X11 verilmiş 0,21 ha həyətyanı torpaq sahə onun istifadəsində olmuş, həmin vaxtdan çox sayda texnika ilə əraziyə torpaq daşınmışdır. Vaxtılə yararsız vəziyyətdə olan həyətyanı torpaq sahəsi vətəndaşın apardığı abadlıq işləri sayəsində yararlı vəziyyətə gətirimişdir. Akt tərtib edilərək imlalarla təsdiq edilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçının Havarlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 12 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Yevlax rayon Havarlı kənd ərazisində yerləşən həmin torpaq sahəsində 09 sentyabr 2022-ci il tarixdə yerində torpağa baxış keçirildi və torpaq sahəsində X2 tərəfindən abadlıq işləri aparılması müəyyən olundu. Bu haqda qonşuların iştirakı ilə akt tərtib olundu və aktda tam ətraflı məlumat qeyd olunmuşdu. JN-294F KOD 90105010 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 nömrəli qərarı ilə Yevlax rayonu Havarlı kəndində yerləşən 0,21 hektar torpaq sahəsi X8 və X6 mülkiyyətinə verilmişdir. Şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 288 nömrə ilə kitabda qeydə alınmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-1805 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Paşayi (Yolçuyeva) Çiçək Hacı qızının Cavabdeh1 Əbdülağa oğluna qarşı “ümumi birgə mülkiyyətdə olan əmlaka payın müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X9 və Paşayi (Yolçuyeva) Çiçək Hacı qızına məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,21 ha torpaq sahəsinin 1/2 hissəsinə, Yevlax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 33 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,81 ha torpaq sahəsinin 1/3 hissəsinə iddiaçı Paşayi (Yolçuyeva) Çiçək Hacı qızının payları müəyyən edilmiş və iddiaçı Paşayi (Yolçuyeva) X14 rayonu Havarlı kəndində yerləşən və X3 mülkiyyətində olan 0,20 hektar torpaq sahəsində yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş rəydə qeyd olunur ki, Cavabdeh1 və X10 məxsus Yevlax rayonu, Havarlı kəndində yerləşən, 0.21 ha torpaq sahəsinin yararlı hala gətirilməsi üçün 2004-cü ildən hazırki dövrədək çəkilmiş xərclərin xərc yanaşması metodu ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 16,110 (on altı min bir yüz on) manat təşkil edir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.i Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar, habelə cavabdehlərin etirafı əsasında müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Çiçək Yolçuyeva ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus olan Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.21 ha torpaq sahəsi müqabilində İddiaçıdən müvafiq olaraq 1,000 manat və 1,500 manat pul almış və torpaq sahəsini İddiaçınin faktiki sahibliyinə vermişlər. Lakin, torpaq sahəsinin alğı-satqısı mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmiş, torpaq sahəsi cavabdehlərin formal mülkiyyətində qalmışdır. Hazırda isə İddiaçı həmin torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər, torpağa görə iddiaçıdan müəyyən məbləğdə pul alsalar da, torpaq sahəsinin onun adına rəsmiləşdirməsindən yayınmaqla əsassız olaraq varlanmışlar. Bu səbəbdən iddia torpağa görə ödənilmiş pul tələbi hissəsində təmin edilməlidir. İddiaçı torpaq sahəsinin münbitləşdirilməsi məqsədi ilə çəkilmiş 10,000 manat xərci cavabdehlərdən tələb etsə də, bu xərclərin dəqiq vaxtı, hansı işlər görülməklə məsrəf edilməsi və bu işlərin ayrı-ayrılıqda dəyəri barədə hər hansı sübut təqdim etməmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyində isə yalnız torpaq sahəsinin real bazar dəyərinin 16,110 manat olması qeyd edilmişdir ki, bununla məhz torpağın münbitləşdirilməsi üçün çəkilən xərci dəqiq müəyyən etmək mümkün deyildir. Bundan başqa iddiaçının özünün etirafı ilə təsdiq olunur ki, o, həmin sahədən istifadə etmiş və bundan faydalanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1dən 1,000 manat, Çiçək Yolçuyevadan isə 1,500 manat İddiaçınin xeyrinə tutulmalı, qalan hissədə isə iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun vəzi olaraq Cavabdeh1dən 30 manat, Çiçək Yolçuyevadan isə 35 manat İddiaçınin xeeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 1,000 (bir min) manat, cavabdeh X5 1,500 (bir min beş yüz) manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh1 30 (otuz) manat, cavabdeh X5 35 (otuz beş) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-248/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-248/2023
05.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver