Məhkəmə qərarları › İş №2(039)-249/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-249/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-249/2025 13.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus avtomobilə vurduğu ziyana görə 2870 (iki min səkkiz yüz yetmiş) manat pulun və 50 (əlli) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi «Tİ-28» markalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tərtər şəhəri H.Əliyev prospekti ilə Sahil küçəsi istiqamətində hərəkətdə olan zaman ona məxsus olan «Renault Loqan» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobili ilə özünə məxsus olan sexin qarşısında dayandığı yerdə gələrək onun avtomobilini vurmuşdur. Avtomiobili yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı «AzAvtovaz» Texniki Xidməti Sənayə Ticarət Birliyi Tərtər Texniki Xidmət Sahəsi tərəfindən rəy verilmişdir. Rəyə əsasən ehtiyyat hissələri 1920 manat, usta, dəmirçi və rəngsaz işləri üçün 950 manat olmaqla, cəmi avtomobilə 2870 (iki min səkkiz yüz yetmiş) manat ziyan dəydiyi müəyyən edilmişdir. Cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsə də, o öhdəliyini icra etməkdən boyun qaçırmışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı X5 əsl İddiaçı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin ediləsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etiraz verərək, iddianı qisən etiraz etdiyini, iddia ərizəsində məbləğin şişirdildiyini, avtomobilə vurulan ziyanı ödəmək üçün alınacaq ehtiyyat hissələrinin cəmi dəyirinin maksimal olaraq 500 manat olduğunu, bunu bir neçə ehtiyyat hissələri satılan mağazalardan maraqlandığını, usta haqqının 550 manat etdiyini, hadisə zamanı Elçin Məmmədovun usta çağırdığını, ustanın yerində avtomobilə baxış keçirərək usta haqqının 600 manat etdiyini, həmin işi 550 manata edə biləcəyini, vurulmuş ziyanın maksimum 1050 (bir min əlli) manat etdiyini göstərərək, iddianın qismən, yəni 1050 (bir min əlli) manat hisəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh, iddianı qismən etiraf edərək, iddiaya etirazın məzmununa uyğun izahat vermiş və idianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli, AD 605635 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Renault Logan» minik markalı, ** SB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İşdə olan xx.xx.2021-ci il tarixli, ƏN-V 556514 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan «Renault Logan» minik markalı, ** SB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini 17 aprel 2029-cu il tarixədək idarə etmək üçün X4 etibar etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protkoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(061)-1071/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibatə Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «Tİ-28» maokalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tərtər şəhəri H.Əliyev prospekti ilə Sahil küçəsi istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn «Renault Logan» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə yol hərəkət qaydalarını pozmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. İşdə olan «AzAvtovaz» Texniki Xidməti Sənayə Ticarət Birliyi Tərtər Texniki xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 757 saylı rəydən görünür ki, «Renault Logan» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Tərtər TXS-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və baxış zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın 2870 (iki min səkkiz yüz ytemiş) manat (ehtiyyat hissələri üçün 1920 manat, usta haqqı, dəmirçi və rəncsaz üçün 950 manat) müəyyən edilmişdir. İşdə olan «AzAvtovaz» Texniki Xidməti Sənayə Ticarət Birliyi Tərtər Texniki xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 33 saylı arayışdan görünr ki, «Renault Logan» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə TXS-də təmirə dayandırılmış, xx.xx.2024-cü il tarixdə təmir edilmiş və nəqliyyat vasitəsinin təmirinə ümumilikdə 2870 (iki min səkkiz yüz yetmiş) manat (ehtiyyat hissələri üçün 1920 manat, usta haqqı, dəmirçi və rəncsaz üçün 950 manat) vəsait xərclənmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «Tİ-28» maokalı, ** TL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tərtər şəhəri H.Əliyev prospekti ilə Sahil küçəsi istiqamətində hərəkətdə olan zaman qarşı tərəfdən gələn «Renault Logan» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində «Renault Logan» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymiş və həmin nəqliyyat vasitəsinin təmirinə iddiaçı tərəfindən 2870 (iki min səkkiz yüz yetmiş) manat vəsait xərclənmişdir. Tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən ziyanın ödənilməsi təmin edilməmiişdir. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında cavabdeh nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin şişirdildiyini, ziyanın məbləğinin 1050 (bir min əlli) manat olduğunu göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. «AzAvtovaz» Texniki Xidməti Sənayə Ticarət Birliyi Tərtər Texniki xidmət Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 33 saylı arayışdan da müəyyən edilir ki, «Renault Logan» markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə TXS-də təmirə dayandırılmış, xx.xx.2024-cü il tarixdə təmir edilmiş və nəqliyyat vasitəsinin təmirinə ümumilikdə 2870 (iki min səkkiz yüz yetmiş) manat (ehtiyyat hissələri üçün 1920 manat, usta haqqı, dəmirçi və rəncsaz üçün 950 manat) vəsait xərclənmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, vurulmuş maddi ziyanın əvəzi olaraq cavbdehdən 2870 (iki min səkkiz yüz yetmiş) manatın alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 2870 (iki min səkkiz yüz yetmiş) manat pul və 50 (əlli) manat dövlət rüsumu alınıb iddiaçı X3 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar