Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-250/2022 10.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 2,700 manat pulun, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun və 200 manat hüquqi yardım üçün ödədiyi məbləğin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Yevlax şəhər bazarında qiyməli əşyaların alqı satqısı ilə məşquldur. Hazırkı cavabdeh 2020-ci il tarixdə ona müraciət edərək, 51 qram qızıl çəkisi olan Rusiya istehsalı olan qiyməti 4,000 manat dəyərində mafyos sep adlanan zinyət əşyasını almışdır. Razılaşmaya əsasən həmin zinət əşyanın dəyərindən cavabdehin 2 dəfəyə 1,300 manatını qaytarmış, 2,700 manatı isə bu günə kimi qaytmamışdır. Dəfələrlə cavabdehə müraciət və xahişlər edilmişdir. Ancaq etdiyi hərəkətlər heç bir nəticə vermir. Məcbur qalıb Yevlax rayon Polis Şöbəsinə şikayət vermiş, barəsində müvafiq qaydada araşdırma aparılmışıdr. Aidiyyəti əməliyyatçı Kərim Novruzov onun üzərində profilaktiki tədbirlər görsə də, 1,300 manat pulu qaytarılmış 2,700 manatı isə bu günə kimi qaytarılmamaqdadır. Bu barədə çoxsaylı şikayətlər etsə də, Ancaq hazırki .anadək 2700 manat məbləğində pulu qaytarılmır Məhkəmə prosesində Yevlax rayon polis şöbəsinin əməliyyat müvəkkili Kərim Novruzovun məhkəməyə şahid kimi dəvət edilməsini xahiş edir. Şəxs 51 qram zinət əşyanı alıb. Bu barədə əməliyyat müvəkkili bilir. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, iclasa gəlməmişdir. Lakin, teleqramla məhkəməyə müraciət edərək xəstəliyinə görə gələ bilmədiyini, İddiaçı 3,800 manat borcunun 1,900 manatını verdiyini və 1,900 manat borcunun qaldığını bildirmişdir. Mədaxil orderindən müəyyən olunur ki, dövlət rüsumu və xidmət haqqı olaraq 47.40 manat ödənilmişdir. Digər mədaxil orderindən müəyyən olunur ki, Vəkil Bürosuna xidmət haqqına görə 200 manat ödənilmişdir. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə qızıl zinət əşyası satılmış, cavabdeh həmin əşyanın dəyərini tam olaraq iddiaçıya ödəməmişdir. İddiaçı, cavabdehin ondan 4,000 manat dəyərinə nisyə mal aldığını, həmin puldan 1,300 manatını ödədiyini, 2,700 manatı isə ödəmədiyini bildirsə də, buna dair sübut təqdim etməmişdir. Onun bu iddiası yalnız cavabdehin etiraf etdiyi həddə, yəni 1,900 manat hissəsində təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1,900 manat, habelə məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Vahad oğlundan 1,900 manat, habelə 47.40 manat ödənilmiş dövlət rüsumunun və 200 manat hüquqi yardıma görə vəkilə ödənişin əvəzi, ümumi 2,147 (iki min bir yüz qırx yeddi) manat 40 (qırx) qəpik İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-250/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-250/2022
10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver