Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2515/2022 12.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 6.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin avqust ayından müddətdən artıq hərbi xidmət qulluqçusu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi zaman Cavabdeh ona qarşı 6.000 manat pul tələbinə dair iddiası Yevlax Rayon Məhkəməsində təmin olunaraq bu barədə icra vərəqəsi çıxarılmışdır. Həmin icra vərəqəsi əsasında əmək haqqından 6.000 manat pul tutularaq cavabdehə hər ay hissə-hissə (əmək haqqından 70%) olmaqla ödənilmişdir. O, döyüş bölgəsində ön cəhbədə xidmətdə olduğuna görə buna qaşı vaxtında etirazını bildirməmiş, həmin pul ondan qanusuz tutulmuşdur. Onun cavabdehə borcu olmamışdır. Onun əmək haqqından qanunsuz olaraq tutulan 6.000 manat pulun alınmasını tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı onun qızı Şəlalə ilə ailə quran zaman ona cehiz əşyaları almaq üçün müxtəlif vaxtlardan ondan 6.000 manat pul vermiş, o isə qızına heç bir cehiz, habelə ev əşyaları almamış və həmin pulu isə qızının xəbəri olmadan hara xərclədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını ifadələrini dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Məhkəməsinin 2(039)-2286/2017 saylı, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 6.000 manat alınıb Cavabdeh xeyrinə veriləmsi qət edilmişdir. 3 saylı X1 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 3 saylı X1 filialından Azərbaycan Respublikası ərazi bütövlüyü uğurunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı kimi 80 manat Azərbaycan Respublikası Prezident təqaüdü alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü və vətən mübaribəsinin iştirakçıları kimi 80 manat müavinət alır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 701 saylı Hərbi Hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 2286/2017 saylı, xx.xx.2017-ci il tarixinə əsasən N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı əmək haqqından 6.000 manat tutularaq Cavabdeh hesabına köçürülmüşdür. Yevlax Rayon Məhkəməsinin 2(039)-2286/2017 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Kövər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 662 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu, Kolanı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi 6.000 manat məbləğindəki pul vəsaiti birincidən sonuncunun xeyrinə Yevlax Rayon Məhkəməsinin 2(039)-2286/2017 saylı, xx.xx.2017-ci il tarixli qiyabi qətnaməsi – yəni qanuni qüvvəsini almış, hər hansı bir yuxarı instansiya məhkəməsində mübahisələndilməmiş məhkəmə qətnaməsi əsasında tam qanuni əsaslarla tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2515/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2515/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver