Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2520/2023 30.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Quşçu kəndində ona məxsus torpaq sahəsində inşa etdiyi tövləyə cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların salınmasının qadağan olunması, tövlənin ətrafında cavabdehlər tərəfindən quraşdırılmış toyuq hininin götürülməsi və toyuq-cücənin oradan çıxarılması, cavabdehlər tərəfindən tövlənin qarşısına çirkab sularının axıdılmasının qadağan olunması, cavabdehlərə məxsus yaşayış evindən ona məxsus tövləyə keçid kimi istifadə olunan qapının bağlanması və cavabdehlərin ona məxsus tövləyə giriş-çıxışının qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, tövlə atasına məxsusdur. Həm xırdabuynuzlu həm də mal-qaranı oraya salmayacaq və istifadə etməyəcək. Həmçinin quraşdırılmış hini götürəcək. Toyuq-cücə də saxlamayacaq. Tövləyə keçid kimi istifadə olunan qapını da bağlayacaq, girib çıxmayacaq. Çirkab suyun axıdılmasını dayandıracaq. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh1 onun oğludur. Ona məxsus tövlədən istifadə edir. Tövləyə qapı açıb. Həmçinin çirkab suları tövlənin giriş hissəsinə axıdır. Toyuq hini düzəldib. Qanunsuz hərəkətlərinə son qoyulmasını istəyir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, əvvəlki məhkəmə iclasında cavabdeh iddianı etiraf etmişdir. 4 sot torpaq sahəsinin hazırki işə aidiyyəti yoxdur. Cavabdeh1 iddianı qəbul edərək izah etdi ki, o hər bir şeylə razılaşır. İddianı qəbul edir. Onun 4 sot tprpağı var. Onunla da kənddə yaşamaq mümkün deyil. Keçmiş həyat yoldaşının da 4 sot torpaq sahəsi var. O da həmin torpağı ona bağışlamaq istəyir. Atası notariusda razılıq vermir. Ona möhlət verilsin hər şeylə razıdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tərmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-181A kod 90111028 saylı şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı, X1, Cavabdeh1, X3, X5 və X2 Yevlax rayonu, Quşçu kəndində 0.25 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(039)-365/2023 saylı qətnaməsinin surətindən məlum olur ki, Yevlax rayonu, Quşçu kəndində JN-181A KOD 90111028 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən verilmiş 0.25 ha həyətyanı torpaq sahəsində inşa olunmuş tövlədə İddiaçı məxsus iri buynuzlu heyvanların saxlanmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması; Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olan iri buynuzlu heyvanların İddiaçı məxsus tövlədə saxlanmasının qadağan olunması və sonuncuların qanunsuz hərəkətlərinə son qoyulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X4 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının və ailə üzvlərinin Yevlax rayonu, Quşçu kəndində 0.25 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində iddiaçıya məxsus tövlə mövcuddur. Cavabdehlər özlərinə məxsus xırdabuynuzlu heyvanları həmin tövlədə saxlayırlar. Həmçinin iddiaçıya məxsus torpaq sahəsində cavabehlər tərəfindən toyuq hini inşa edilmiş və toyuq-cücə saxlanılır. Həmçinin həmin tövlənin giriş hissəsinə cavabdehlər tərəfindən çirkab sular axıdılır. Cavabdehlərə məxsus evdə iddiaçının tövləsinə keçid kimi qapı qoyulmudur. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Quşçu kəndində ona məxsus torpaq sahəsində inşa etdiyi tövləyə cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların salınmasının qadağan olunması, tövlənin ətrafında cavabdehlər tərəfindən quraşdırılmış toyuq hininin götürülməsi və toyuqcücənin oradan çıxarılması, cavabdehlər tərəfindən tövlənin qarşısına çirkab sularının axıdılmasının qadağan olunması, cavabdehlərə məxsus yaşayış evindən ona məxsus tövləyə keçid kimi istifadə olunan qapının bağlanması və cavabdehlərin ona məxsus tövləyə giriş-çıxışının qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddianı etiraf edir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu, Quşçu kəndində İddiaçı məxsus torpaq sahəsində inşa etdiyi tövləyə cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların salınmasının qadağan olunmalı, tövlənin ətrafında cavabdehlər tərəfindən quraşdırılmış toyuq hininin götürülməli və toyuq-cücə oradan çıxarılmalı, cavabdehlər tərəfindən tövlənin qarşısına çirkab sularının axıdılmasının qadağan olunmalı, cavabdehlərə məxsus yaşayış evindən İddiaçı məxsus tövləyə keçid kimi istifadə olunan qapı bağlanmalı və cavabdehlərin ona məxsus tövləyə giriş-çıxışı qadağan olunmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Quşçu kəndində İddiaçı məxsus torpaq sahəsində inşa etdiyi tövləyə cavabdehlərə məxsus xırdabuynuzlu heyvanların salınması qadağan edilsin. Tövlənin ətrafında cavabdehlər tərəfindən quraşdırılmış toyuq hini götürülsün və toyuq-cücə hindən çıxarılsın Cavabdehlər tərəfindən tövlənin qarşısına çirkab sularının axıdılması qadağan edilsin. Cavabdehlərə məxsus yaşayış evindən İddiaçı məxsus tövləyə keçid kimi istifadə olunan qapı bağlansın Cavabdehlərin İddiaçı məxsus tövləyə giriş-çıxışı qadağan olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2520/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2520/2023
30.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver