Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-254/2020 15.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavabova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı təyin edilmiş sabit pul alimentin məbləğinin artırılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təyin edilmiş sabit pul alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə ilə onun birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X3, xx xxxx 2013-cü il təvəllüdlü X4 və xx xxxx 2014-cü il təvəllüdlü X1 üçün cavabdeh tərəfindən tutulan hər ay hər bir uşaq üçün 100 manat olamaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün 200 manat, olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. İddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı təyin edilmiş sabit pul alimentin məbləğinin artırılması tələbinə dairiddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-254/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-254/2020
15.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver