Məhkəmə qərarları › İş №2(039)-2540/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2540/2025

26.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2540/2025 26.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X3 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şifahi razılaşmalarına əsasən, evin təmiri üçün iddiaçı tərəfindən ödənilən 4200 manat pul vəsaitinin və 62 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi üçün ödədiyi məbləğ də daxil olmaqla ümumilikdə 2000 (iki min) manat pul vəsaitinin və tərəfindən ödənilən 40 (qırx) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək evin təmiri üçün cavabdehlə 7000 manat pul qarşılığında razılaşdıqlarını, razılaşdıqları puldan 4250 manat cavabdehə verdiyini, həmin puldan 700 manatlıq şkatur işləri görüldüyünü qeyd edərək, 3550 manat pul və 62 manat dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2024-cü ilin sentyabr ayında təxminən 2022-ci il tarixdə evində təmir işləri aparmış Cavabdeh ilə əlaqə saxlayaraq Mehdiabad qəsəbəsində yerləşən evinə mebel quraşdırılması ilə bağlı müraciət etmişdir. Söhbət əsnasında Sədi eyni zamanda evdə təmir işlərinin aparılması ilə bağlı usta axtardığını öyrəndikdə bu məsələnin də özü tərəfindən həll edilə biləcəyini, əmisi oğlunun təmir işlərilə məşğul olduğunu, hətta bir neçə böyük layihələr icra etdiyini qeyd etmişdir. Bu işlərin görülməsi üçün 7000 (yeddi min) manat zəhmət haqqını hissəhissə ödəməli olduğunu, eyni zamanda materialların özü tərəfindən alınacağı ilə bağlı razılaşmışlar. İlkin olaraq xx.xx.2024-cü il tarixdə 2000 manat pulu həmin şəxsin bank kartına köçürmüşdür. Sonralar nağd şəkildə 700 manat pulu Qəbələ restoranında görüşərək, 1000 manat pulu isə Binəqədi rayonu, İ.Dadaşov küçəsində Kapital bankın qarşısında vermişdir. xx.xx.2024-cü il tarixdə ustanın kart hesabına 350 manat pul köçürmüşdür. Əlavə olaraq pəncərənin təmiri üçün ustanın kartına 100 manat, 50 manat da nağd ödəmişdir. Daha sonra həmin şəxslə bir daha əlaqə saxlamaq mümkün olmamış, müxtəlif bəhanələrlə işi görməkdən boyun qaçırmışdır. Məsələ ilə bağlı xx.xx.2025-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermiş, Binəqədi RPİ-nin 5-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Bakı şəhəri, Mehdiabad qəsəbəsində mənzili vardır. Həmin mənzildə mətbəx mebeli quraşdırması ilə bağlı tanıdığı Cavabdeh zəng etmişdir. Cavabdeh mətbəx mebelinin yerinə baxış keçirən zaman, mənzilin təmirsiz olduğunu görüb, sonuncu “mənzili niyə təmir etdirmirsiz” deyə soruşduqda, o, iki təmir şirkəti ilə danışdığını və ikisindən birini seçəcəyini bildirmişdir. Cavabdeh isə əmisi oğlunun briqadir olduğunu, təmir işləri ilə məşğul olduğunu və hazırda işğaldan azad edilmiş Xankəndi şəhərində 2-3 binanın təmirini həyata keçirdiyini, mənzilin təmir işlərini ona verilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı razılıq əsasında Sədi həmin axşam guya əmisi oğlu ilə danışdığını, təmirin materialları ondan olmaq şərtilə kv.m 110 manata ediləcəyini, eyni zamanda mənzili 20 günə təhvil verəcəyini bildirmişdir. Daha sonra Cavabdehlə yaşadığı binanın qarşısında yerləşən “Qəbələ” restoranın həyətində görüşmüşlər. Danışıqlar əsasında 6400 manatdan bir qədər çox əl haqqı olduğunu Sədi ona bildirmiş, o da 7000 manat verəcəyini, lakin materiallar onun seçəcəyini və alınacaq materialların qəbzini ona verilməsini demişdir. Cavabdeh ustaların işə başlaması üçün 2000 manat ödənilməli olduğunu bildirdikdə o da üzərində pulun olmadığını və səhər saat 8 də ban kartına göndərəcəyini bildirmişdir. Həmin günün sabahı, səhər saat 8-də 2000 manat Sədiyə pul göndərmiş, lakin 3-4 gün Sədidən xəbər çıxamış, telefonlarına cavab verməmişdir. O, narahat olduğu üçün binanın nəzarətçisinə zəng etmiş və evdə təmir işlərinin aparılıb-aparılmamasını soruşmuş, lakin nəzarətçi təmir işlərinin aparılmadığını bildirmişdir. Həmin vaxtdan 12 gün sonra telefon zənginə cavab verən Sədi işlərin getdiyini, materialların gəldiyini demişdir. O, razılaşdıqları materialların gətirilibgətirilmədiyini soruşmuşdur. Bundan sonra mənzilə baxış keçirməyə getmiş, evin barısının ağardılmasından başqa iş getmədiyini və alınan materialların keyfiyyətsiz olduğunu görmüşdür. O, Sədiyə materialları bəyənmədiyini və materialların alındığını təsdiq edəcək qəbzi ona verilməsini xahiş etmiş, lakin Sədi qəbzin olmadığını bildirmişdir. Bundan sonra o, Sədiyə pulun geri qaytarılmasını dedikdə, Sədi ona işə düşdüklərini tezliklə işi yekunlaşdıracaqlarını və pul ehtiyaclarının olduğunu demişdir. O yenə Sədiyə inanaraq iddiada göstərdiyi ayrı-ayrı vaxtlarda sonuncuya pul vermişdir. Sonradan başqa ustalar vasitəsilə evi təmir etdirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək iddiaçıya məxsus mənzildə onalara veriləcək pulun miqdarında normal təmir işləri getdiyini, materialları aldığı yer məlum olduğunu, növbəti məhkəmə iclasına mənzilin təmirini təsdiq edəcək şahidlər gətirəcəyini, eyni zamanda materialların alınması barədə qaimələri gətirəcəyini bildirmişdir. Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, ayaq, yəni sağ biləyi pilləkənlərdən enərkən çıxdığını, bu səbəbdən də məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 bildirdi ki, İddiaçı məxsus mənzilə sonuncunun çağırışı ilə getmiş və mənzilin təmir olunmasına razılıq vermişdir. Mənzilə baxış keçirən zaman ondan qabaq divarlarda şkatur işləri aparıldığını görmüşdür. Verilmiş suala cavab olaraq bildirdi ki, həmin işlərin görülməsi üçün 600-700 manat əl haqqı təşkil edər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, vət.İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır; - xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, 62.00 manat dövlət rüsumu iddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinə ödənilmişdir; - 10 sentyabr 2024-cü il tarixli, **********5 nömrəli qəbzin surətindən görünür ki, ****7935 nömrəli kart hesabına 2000 manat ödəniş edilmişdir; - 02 oktyabr 2024-cü il tarixli, **********5 nömrəli qəbzin surətindən görünür ki, 1000 manat ödəniş edilmişdir; - 17 oktyabr 2024-cü il tarixli, **********4 nömrəli qəbzin surətindən görünür ki, ****6478 nömrəli kart hesabına 100 manat ödəniş edilmişdir; - 19 oktyabr 2024-cü il tarixli, **********0 nömrəli qəbzin surətindən görünür ki, ****6616 nömrəli kart hesabına 350 manat ödəniş edilmişdir; Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər; 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh həm məhkəmə iclasında, həm də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilmiş izahatında İddiaçı pulu aldığını etiraf etmiş, lakin almış olduğu pulun müqabilində qüsursuz təmir işləri görməli olduğu halda, təmir işlərini qismən etmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, cavabdeh müqavilədə nəzərdə tutulan işi icra etməyi, iddiaçı isə cavabdehə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh işi qismən icra etmiş və bunun müqabilində şərtləşdirilmiş muzd almışdır. Daha sonra iddiaçı görülmüş işin qismən icra olmasını müəyyən edərək, cavabdehdən işin tam icra edilməsini tələb etsə də, nəticə olmamışdır. Bu halla bağlı məhkəmə qeyd edir ki, əgər icra edilmiş iş tam icra edilməmişsə, sifarişçi əlavə icra tələb edə bilər, podratçı da öz seçimi ilə yeni məmulat hazırlaya bilər, belə olan halda podratçı iş xərclərini ödəməlidir. Əgər əlavə icra üçün müəyyənləşdirilmiş müddətdə işin tam görülməsi aradan qaldırılmazsa, sifarişçi özü işi tam icra edib çəkdiyi xərclərin əvəzini podratçıdan tələb etmək hüququ vardır. Məhkəmə, cavabdehin izahatında göstərdiyi xüsusata, yəni işin ödənilmiş pula uyğun işin icra edilməsinə münasibətə dair qeyd edir ki, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Qeyd olunanlar baxımından çəkilən xərcin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə iddaçının evinin qismən təmirinin (və yaxud qüsurlu) natamam olması cavabdehin icra etdiyi işin nəticəsində baş verməsi tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə olan halda iddiaçının natamam təmirin (qüsurun) aradan qaldırılması üçün zəruri xərci cavabdehdən tələb etməsi qanuni və əsaslıdır. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, Cavabdeh İddiaçı xeyrinə 3550 manat məbləğində pul və 62 manat dövlət rüsumu tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3550 manat məbləğində pul və 62 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar