Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2542/2025 08.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğvi və borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin ləğvi və borc tələbinə dair iddi ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18 saylı alqı-satqı müqaviləsinə əsasən 12 ay müddətində 3270 manat məbləğində kredit üsulu ilə hər ay 273 manat ödəməklə cavabdehə qızıl-zinət əşyası satılmışdır. Həmçinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 arasında bağlanış xx.xx.2024-cü il tarixli, 05 saylı alqı-satqı müqaviləsinə əsasən 10 ay müddətində 1800 manat məbləğində kredit üsulu ilə hər ay 180 manat ödəməklə cavabdehlərə qızıl-zinət əşyası və xx.xx.2024-cü il tarixli, 06 saylı alqı-satqı müqaviləsinə əsasən 10 ay müddətində 2650 manat məbləğində kredit üsulu ilə hər ay 265 manat ödəməklə cavabdehərə qızıl-zinət əşyası satılmışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçıya 60 manat əsas borc və 30 manat cərimə borcu olmaqla, cəmi 90 manat borcu yaranmışdır. Cavabdeh1 və zamin Cavabdeh2 xx.xx.2024cü il tarixli, 05 saylı alqı-satqı müqaviləsi üzrə borcu ödəməmiş və bunun nəticəsində cavabdehlərin müqavilə üzrə 1540 manat əsas borc və 770 manat cərimə borcu olmaqla, cəmi 2310 manat borcu yaranmışdır. Cavabdeh1 və zamin Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 06 saylı alqı-satqı müqaviləsi üzrə borcu ödəməmiş və bunun nəticəsində cavabdehlərin müqavilə üzrə 1600 manat əsas borc və 800 manat cərimə borcu olmaqla, cəmi 2400 manat borcu yaranmışdır. Borcun qaytarılması barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış cərimələr qaytarılmamışdır. İddiaçı tələbinin hüşuşi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 445.1, 445.2, 567,460.1-ci maddələrinə istinad edərək, X1 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 18 saylı alqı-satqı müqaviləsi, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 05 saylı və xx.xx.2024-cü il tarixli, 06 saylı alqı-satqı müqavilələrinin ləğv edilməsinə, həmn müqavilələr üzrə yaranış 3200 manat əsas borc və 1600 manat cərimə borcu olmaqla, cəmi 4800 (dörd min səkkiz yüz) manat və 68 (altmış səkkiz) manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnaə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində iddianı qismən etiraf etdiyini, 3200 manat əsas borcu qəbul etdiyini, 1600 manat cərimə borcunu qəbul etmədyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli, 18 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 3270 (üç min iki yüz yetmiş) manat dəyirndə qızıl-zinət əşyaları almış və aldığı əşyaların dəyərini 12 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli, 05 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 1800 manat dəyərində qızıl əşyası almış və aldığı əşyanın dəyərini 10 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 05 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini vaxtında və tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdə olan xx.xx.2024-cü il tarixli, 06 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı 2650 manat dəyərində qızıl-zinət əşyaları almış və aldığı əşyaların dəyərini 10 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 06 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini vaxtında və tam həcmdə icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 60 manat əsas borc, 30 manat cərimə, cəmi 90 (doxsan) manat borcu, xx.xx.2024-cü il tarixli, 05 saylı müqavilə üzrə 1540 manat əsas borc, 770 manat cərimə, cəmi 2310 (iki min üç yüz on) manat borcu, xx.xx.2024-cü il tarixli, 06 saylı müqavilə üzrə 1600 manat əsas borc, 800 manat cərimə, cəmi 2400 (iki min dörd yüz) manat borcu, ümumilikdə isə 4800 (dörd min səkkiz yüz) manat borcu vardır. İşdə olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi Cavabdeh1 tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, 18 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı 3270 (üç min iki yüz yetmiş) manat dəyirndə qızıl-zinət əşyaları almış və aldığı əşyaların dəyərini 12 ay müddətində, xx.xx.2024-cü il tarixli, 05 saylı alqı-satqı müqaviləsinə əsasən 1800 manat dəyərində qızıl əşyası almış, aldığı əşyanın dəyərini 10 ay müddətində, xx.xx.2024-cü il tarixli, 06 saylı alqı-satqı müqaviləsinə əsasən 2650 manat dəyərində qızıl-zinət əşyaları almış və aldığı əşyaların dəyərini 10 ay müddətində hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, 05 saylı və xx.xx.2024-cü il tarixli, 06 saylı alqı-satqı müqavilələri üzrə öhdəliklərin icrası məqsədi ilə İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli zaminlik müqavilələri bağlanmış və zamin Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə hazırkı borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. Buna görə də, iddaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər Cavabdeh2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, işdə olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrindən müəyyən edilir ki, zamin borclunun alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən müqavilələr üzrə dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddaçı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, 05 saylı və xx.xx.2024-cü il tarixli, 06 saylı alqı-satqı müqavilələri ləğv edilsin. Cavabdeh1 xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 60 manat əsas borc, 5 manat cərimə, cəmi 65 (altmış beş) manat borc, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 05 saylı müqavilə üzrə 1540 manat əsas borc, 70 manat cərimə, xx.xx.2024-cü il tarixli, 06 saylı müqavilə üzrə 1600 manat əsas borc, 80 manat cərimə, cəmi 3290 (üç min iki yüz doxsan) manat borc və 53.55 (əlli üç manat əlli beş qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2542/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2542/2025
08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver