Məhkəmə qərarları › İş №2(039)-2568/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2568/2021

28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2568/2021 28.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi, İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə BOKT İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, L-MN-0047120-F saylı kredit müqaviləsinə xitam verilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 4288.28 manat və faiz borcu üzrə 78.02 manat olmaqla, cəmi 4366.30 manat məbləğində kredit borcunun və ödənilmiş 64 manat dövlət rüsumunun alınaraq BOKT İnkişaf üçün Maliyyə MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC iddia tələbini onunla əsaslandırmışdır ki, 30 avqust 2019-cu il tarixli, L-MN-0047120-F saylı kredit müqaviləsi əsasında Cavabdeh1 1 faizlə 60 ay müddətinə 4309.36 manat məbləğində güzəştli kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə təşkilat arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişdir. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuşlar. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər borcu ödəməmişlər. Nəticədə, cavabdehlərin BOKT İnkişaf üçün Maliyyə MMC-yə əsas kredit borcu 4288.28 manat və faiz borcu üzrə 78.02 manat olmaqla, cəmi 4366.30 manat borcları qalmışdır. İddiaçı BOKT İnkişaf üçün Maliyyə MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək izah etdi ki, 30 avqust 2019cu il tarixdə onunla BOKT İnkişaf üçün Maliyyə MMC arasında kredit müqaviləsi bağlanmış və ona 60 ay müddətinə 1 faizlə 4309.36 manat güzəştli kredit verilmişdir. Maddi imkanı pisləşdiyindən borcunu ödəyə bilməmişdir. Borclarını hissə-hissə ödəyəcəkdir. Cavabdeh1 məhkəmədən, iddianın təmin olunması ilə bağlı qətnamə çıxarılmasına heç bir etirazı olmadığını bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmədə aydın oldu ki, BOKT İnkişaf üçün Maliyyə MMC ilə Cavabdeh1 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, L-MN-0047120-F saylı kredit müqaviləsinə əsasən ona 4309.36 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 Cavabdeh2 əsas kredit borcu 4288.28 manat və faiz borcu üzrə 78.02 manat olmaqla, cəmi 4366.30 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, BOKT İnkişaf üçün Maliyyə MMC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehlərdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlərlə BOKT İnkişaf üçün Maliyyə MMC arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, L-MN-0047120-F saylı kredit müqaviləsinə xitam verilsin. Əsas kredit borcu 4288.28 manat və faiz borcu üzrə 78.02 manat olmaqla, cəmi 4366.30 manat borc və ödənilmiş 64 manat məbləğində dövlət rüsumu, müştərək qaydada xx xxxxxx 1985-ci il tarixdə Yevlax rayonu, Salahlı kəndində doğulmuş, Yevlax rayonu, Salahlı kəndində yaşayan Cavabdeh1 və xx xxxx 1961-ci il tarixdə Yevlax rayonu, Salahlı kəndində doğulmuş, Yevlax rayonu, Salahlı kəndində yaşayan Cavabdeh2 alınaraq BOKT İnkişaf üçün Maliyyə MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar