Məhkəmə qərarları › İş №2(039)-257/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-257/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-257/2020 04.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxxxx” (İddiaçı İKB) Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” (İddiaçı İKB) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) Cavabdeh qarşı“borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “xxxxxxxxx” (İddiaçı İKB) ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1789,8 manat əsas borc, 188,01 manat faiz borcu və 26,18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2003,99 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İKB ASC ilə xx.xx.2019cu il tarixdə bağladığı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 24 ay müddətinə, illik 25 faiz dəcəsi ilə hesablanmaqla, 1850 manat məbləğində kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2019-cu il tarixdək Cavabdeh banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə borcu 1789,8 manat əsas borc, 188,01 manat faiz borcu və 26,18 manat cərimə borcu olmaqla, cəmi 2003,99 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin məhkəmə zərfi ”ünvan düzgün deyil”, “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi Mirumud Seyidov ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, İddiaçı İnvestisiya Kommersiya bankı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmışxx.xx.2019-cu il tarixli tələbli əmanət müqaviləsindən və həmin müqavilə üzrə bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlərdən görünür ki, bank əmanətin bütün məbləğini və onun bir hissəsini, əmanətçinin birinci tələbi iləödəmək, müştərinin müraciəti əsasında müvafiq hesablar açmaq vəzifəsini öz üzərinə götürür. Eyni zamanda Bank müştəriyə maksimal limiti 15000 manat olmaqla 60 ay müddətinə, illik 27 faiz dərəcəsinədək ilə kredit xətti açmağı, müştəri isə kreditdən istifadə etməyi vəüzərinə götürdüyü vəzifələri lazımınca yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Bank tərəfindən Cavabdeh plastik kart verilmişdir. İş materiallarında olan İddiaçı İKB ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 25 faiz dərəcəsi ilə 24 ay müddətinə 1850 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixə kredit müqaviləsi üzrə borclunun Banka 1789,8 manat əsas borc, 188,01 manat faiz borcu və 26,18 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 2003,99 manat borcu var. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi iləüzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh Banka 1789,8 manat əsas borc, 188,01 manat faiz borcu və 26,18 manat cərimə borcu olmaqla, cəmi 2003,99 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli darəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni vəəsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan RespublikasıMülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1789,8 manat əsas borc, 188,01 manat faiz borcu və 26,18 manat cərimə borcu olmaqla cəmi 2003 (iki min uç) manat 99 (doxsan doqquz) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxxxxxxx”Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı İKB ASC) xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar