Məhkəmə qərarları › İş №2(039)-257/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-257/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-257/2023 03.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2.000.000 (iki milyon) rus rublunun qətnamə icra olunan günə Azərbaycan manatına olan ekvivalenti ilə alınaraq yəni ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xeyli müddətdir tanıdığından aralarında yaxşı münasibətlər olmuş, cavabdeh ondan 2.000.000 (iki milyon) rus rublu məbləğində rus rublunu borc almışdır. Cavabdeh bu barədə xx.xx.2022-ci il tarixində öz xətti ilə qəbz yazaraq şəxsən imzalamışdır. Həmin qəbzin məzmununda qeyd olunmuşdur ki, Cavabdeh 18 oktyabr 2019-cu il tarixdə İddiaçı 2.000.000 (iki milyon) rus rublu borc pul almış, aldığı borc pulu sentyabr ayının axırına, yəni 30 sentyabr tarixinədək qaytaracağını üzərinə öhdəlik götürmüş, qaytara bilməyəcəyi təqdirdə ünvan 1 ünvanında yerləşən ona məxsus 2 mərtəbəli fərdi yaşayış evini İddiaçı adına keçirilməsinə etirazı yoxdur. Göründüyü kimi cavabdeh ondan borc pul aldığını bildirmiş və hətta pulu qaytara bilməyəcəyi halda özünə məxsus olan evi onun mülkiyyətinə keçirməyi söz vermişdir. Lakin onun söz verdiyi vaxtdan, yəni sentyabr ayının 30-dan 2 aya vaxtın keçməsinə baxmayaraq cavabdeh hələ də həmin pulu ona qaytarmamışdır. O, dəfələrlə pulunu tələb etsə də hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək İddiaçı olan 2.000.000 (iki milyon) rus rubl borcu olduğunu, həmin borcu ödəməyi öhdəsinə götürdüyünü bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, izahatları dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış qəbzin əslindən görünür ki, Cavabdeh 18 oktyabr 2019-cu il tarixdə İddiaçı 2.000.000 (iki milyon) rus rublu borc pul almış, aldığı borc pulu sentyabr ayının axırına, yəni 30 sentyabr tarixinədək qaytaracağını üzərinə öhdəlik götürmüş, qaytara bilməyəcəyi təqdirdə ünvan 1 ünvanında yerləşən ona məxsus 2 mərtəbəli fərdi yaşayış evini İddiaçı adına keçirilməsinə etirazı yoxdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, Q.B.Zakir küçəsində mülkiyyətində olan 0.05 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 227.24 kv yaşayış 286.51 kv.m köməkçi sahədən ibarət 66 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 2.000.000 (iki milyon) rus rublu borc pul məbləğində pul vermiş, Cavabdeh 2.000.000 (iki milyon) rus rubl borcunu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, habelə cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, borcunu etiraf etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddianın təmin edilməsi ilə bağlı əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar iş materialları və cavabdehin etirafı ilə öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2.000.000 (iki milyon) rus rublu məbləğində pul vəsaiti borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 191, 216-220-ci və 357,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.000.000 (iki milyon) rus rublu məbləğində pul vəsaiti borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə manatla İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar