Məhkəmə qərarları › İş №2(039)-2634/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2634/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2634/2025 07.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Yevlax Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə iddia verərək, Cavabdeh 890 (səkkiz yüz doxsan) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 850 (səkkiz yüz əlli manat) dəyərində olan bir ədəd «XİAOMİ-Poco X5 Pro» və xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 850 (səkkiz yüz əlli manat) dəyərində bir ədəd «XİAOMİ-Poco X5 Pro» markalı mobil telefon satılmışdır. Cavabdeh alınmış malın dəyərindən aslı olaraq 08 ay müddətində ilkin olaraq hər iki telefon üçün ayrılıqda 150 manat və hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alqı-satqı müqavilələrində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan ilkin olaraq 04 iyun 2023-cü il tarixdə 150 manat, 12 iyun 2023-cü il tarixdə 150 manat, 04 iyul 2023-cü il tarixdə 140 manat, 12 iyul 2023-cü il tarixdə 100 manat, 04 avqust 2023-cü il tarixdə 50 manat, 12 avqust 2023-cü il tarixdə 40 manat, 04 sentiyabr 2023-cü il tarixdə 100 manat, 12 sentyabr 2023-cü il tarixdə 50 manat, 12 oktiyabr 2023-cü il tarixdə 30 manat və 12 noyabr 2023-cü il tarixdə 50 manat ödənişlər etmişdir. Lakin Mərkəzə qalan borcunu bu günə kimi ödəməmişdir. Bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona dəfələrlə Mərkəz tərəfindən telefon zəngləri ilə xəbərdarlıq edilməsinə baxmayaraq o, mağazaya olan borcunu ödəməkdən yayınır və ümumiyyətlə mağazaya heç bir məlumat vermir. Nəticədə mağazanın fəaliyyətinə ciddi ziyan vurmuşdur. Cavabdeh «QAZİ mobile» Satış Mərkəzi qarşısında iki ədəd «XİAOMİ-Poco X5 Pro» markalı mobil telefonlar üçün qalıq borcu 890 (səkkiz yüz doxsan) manat yaranmışdır. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin esilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 850 manat dəyərində «XİAOMİ-Poco X5 Pro» markalı telefon almış və aldığı əşyanın dəyərini 8 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı 850 manat dəyərində «XİAOMİ-Poco X5 Pro» markalı telefon almış və aldığı əşyanın dəyərini 8 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarxli müqaviləyə əsasən 460 (dötd yüz altmış) manat, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən 430 (dörd yüz otuz) manat, cəmi 890 (səkkiz yüz doxsan) manat borcu vardır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçıya olan borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında məhkəməyə iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə iş üzrə ödənilməli dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarxli müqaviləyə əsasən 460 (dörd yüz altmış) manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 430 (dörd yüz otuz) manat, cəmi 890 (səkkiz yüz doxsan) manat borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar