Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2696/2023 29.11.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş əvvəlki 110 manat aliment məbləğinin artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Müəyyən olunmuş aliment məbləği hazırkı dövr üçün çox azdır. O, bu məbləğlə uşağını saxlaya bilmir. Həmin məbləğlə uşağının yeməyini almaq belə mümkün deyildir. Övladı orta məktəb şagirdidir və eyni zamanda xəstədir və cox ciddi şəkildə problemləri vardır. Cavabdehin verdiyi aliment məbləği isə heç bir halda uşağının saxlanmasını təmin etmir. Cavabdehin uşağın saxlanılması üçün faktiki olaraq kifayət qədər maddi imkanının yaxşı olmasını nəzərə alaraq aliment məbləğinin artırılması ilə bağlı hazırkı iddianı qaldırmış, cavabdehdən bir uşağın saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, yenidən ailə qurduğunu yeni ailəsindən əlavə 3 uşağının olmasını, himayəsində xəstə anasının olmasını nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X1 rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 21 yanvar 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 150 manat alimentin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 2(018)-812/2017 saylı, 22 may 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh 21 yanvar 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşma çatana kimi, saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq X3 xeyrinə tutulması, qalan hissədə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında bağlanılmış nikah pozulmuş, uşağın anasının himayəsinə verilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsində baxılarkən burada onun hüquqları kobud surətdə pozulmuşdur. Ona bildiriş göndərilməmişdir. Həmin qətnamədən onun hüquqlarını pozulduğundan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, qətnaməsi ilə onun apellyasiya şikayətim qismən təmin edilmiş, iş üzrə Yevlax rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə onun 2 uşağını nəzərə almış (o vaxtı onun 2 övladı var idi) və alimentə aid hissədə dəyişdirilmiş, Yevlax rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, qətnaməsi ilə müəyyən edilmiş 140 manat məbləğində alimentin miqdarı azaldılaraq 110 manat məbləğində müəyyən edilmişdir. X6 həmin qətnamədən kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilməmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə iddia ilə müraciət edərək, hər ay 200 manat sabit pul məbləğində alimentin ondan alınaraq ona ödəniləməsini xahiş edir. Alimentin məbləğinin artırılmasına etiraz edir. İlk öncə qeyd edir ki, iddia ərazi üzrə verilməmişdir. Belə ki, nə iddiaçı nə də o, Yevlax rayonunda yaşamırıq və qeydiyyatda deyilik. Yevlax rayonunda işə baxılması ərazi aidiyyatını pozulmasıdır. Hesab edir bu mümkünsüzdür. Belə ki, X5 ilə ailə qurmuş, Onun beş ailə üzvü vardır, özü ailəsi ilə birlikdə kirayə yaşayır. Hazırkı nikahdan onun 3 uşağı xx.xx.2018-ci ildə X10, xx.xx.2019- cu ildə X13, xx.xx.2022- ci ildə X16 anadan olmuşlar. 4-cü uşağa arvadı hamilədir. Atası rəhmətə getmişdir, təqaüd yaşına çatmayan anası yaşlı və xəstədir, təqaüd almadığı üçün onun da müalicə xərclərini o qarşılayır. O, fərdi işlə məşğul olur, fəhləlik edir. 110 manat alimenti güclə ödəyir, hətta üstəlik onun məhkəmə qətnaməsi əsasında 2500 manat borcu yaranmışdır. Böyük qızı Fatimə artıq məktəbə gedir, digər 2 uşaqlar çox körpədirlər. Həyat yoldaşı da işləmir, südəmər və digər körpə uşaqlara baxır. Xərcləri həddindən artıq çoxdur. Yəni o, fəhlə adamdır işi daimi deyil, iş olanda işləyir, olmayanda işləmir. O, təkbaşına olaraq 8 nəfərə baxır. 5 nəfər onun ailəsi, dünyaya gələcək körpəsi, anası və aliment ödədiyi uşaqları onun başqa yerdən köməyi də yoxdur. Çox çətinlik çəkir. Hesab edir hazırkı halda aliment müəyyən edilərkən, bütün bu sadaladığı hallar, onun digər uşaqları da hüquqları, onun ailə vəziyyəti də nəzərə alınmalıdır. İddiaçının himayəsində bir uşaq vardır. O da həmin uşağa görə aliment ödəyir. İddiaçıya həm də anası kömək edir. Onun vəziyyəti isə maddi cəhətdən çox ağırdır. Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbindən göründüyü kimi, aliment təyin edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmalıdır. İddiaçı ona qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırr. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İİİ seriyalı 912753 №li doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü Banu adlı uşaqları vardır. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00234 saylı arayışdan məlum olur ki, İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediatora müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1120/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə rayon məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğininin azaldılaraq 110 manat məbləğində müəyən edilməsinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-2414/2018 nömrəli qətnaməsinin alimentin məbləğinin dəyişdirilməsi hissəsində dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-317/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının alimentin azaldılması barədə tələbinin təmin edilməməsinə dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 283209 №li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2018-ci ildə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 1546 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Mahmudov, arvada Mahmudova soyadı verilmişdir. AA seriyalı ******* №li, AA seriyalı ******* №li və AA seriyalı ******* №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X16 adlı 3 övladları vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyi Dayanıl və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST mərkəzinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Əmək və Məşgulluq” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. AZ-İV seriyalı 570137 №li doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X11 atası X15 anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırıödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan xx.xx.2917-ci il təvəllüdlü X7 yaşını, qida və digər zəruri xərclərə tələbatını, habelə cavabdehin digər nikahından 3 azyaşlı övladının olmasını, qanunvericiliyin tələbinə görə hər bir valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması barədə iddiaçının tələbi qismən təmin edilməklə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməli, iddia qalan hissədə rədd olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2917-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilməli olan dövlət rüsumunun əvəzi – 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2696/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2696/2023
29.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver