Məhkəmə qərarları › İş №2(039)-27/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-27/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-27/2020 17.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, MəhkəməiclasınınkatibiHüseynov Bəylər Bayramoğlunun, X3 Kredit Təşkilatı (BOKT) İddiaçı (MMC) nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasıtələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 2,774.60 ABŞ dolları əsas, 92.22 ABŞ dolları faiz borcu, cəmi 2,866.82 ABŞ dolları məbləğində kerdit borcu və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlərin müraciəti əsasında onlarla kredit, birgə borcluluq və zaminlik müqavilələri bağlanmışdır. Həmin müqaviləyə əsasən 24 ay müddətinə illik 30 faiz dərəcəsini tətbiq etməklə 6,800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlandığı müddətdən əsas borcdan 4,025.40 ABŞ dolları və faiz borcundan 2,379.79 ABŞ dolları, cərimə olaraq 22.79 ABŞ dolları ödəniş edilmişdir. Hazırda cavabdehlərin qeyd edilən məbləğdə borcu yaranmışdır. İddia ərizəsi hazırlanarkən məlum olmuşdur ki, Cavabdeh1 ölmşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. İddiaçı BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Fəqan Səlimov iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iclasa gəlməmişlər, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş xx xxxxxx 2016-cı il tarixdə verilmiş ölüm arayışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixdə ölmüşdür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 iddia ərizəsində cavabdehlər sırasında qeyd edilsə də, ona qarşı hər hansı tələb irəli sürülməmişdir. Təqdim olunan BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Hədiyyə Abdulayeva arasında bağlanmış xx xxx 2014-cü il tarixli kredit müqaviləsi, BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə Cavabdeh2, Cavabdeh3 ilə ayrı-ayrılıqda bağlanmış eyni tarixli zaminlik müqavilələri, Cavabdeh5la və Cavabdeh4la bağlanmış eyni tarixli birgə borcluluq müqaviləsinin surətləri ilə, maliyyə arayışı ilə təsdiq olunur ki, Cavabdeh1 24 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 6,800 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 və Cavabdeh3 zamin olaraq, Cavabdeh5 və Cavabdeh4 birgə borclu olaraq kredit müqaviləsi üzrə birgə məsuliyyət daşımaq barədə üzərilərinə öhdəlik götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilməmiş və bunun nəticəsində iddia ərizəsində qeyd edilən məbləğdə borc yaranmışdır. Maliyyə arayışında qeyd edilir ki, kredit müqaviləsi üzrə faiz hesablanması xx xxx 2016-cı il tarixdə, yəni kredit müqaviləsinin müddəti bitdiyi tarixdə dayandırılmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öldüyündən iddiaçı borcun ödənilməsi barədə iddianı digər cavabdehlərə yönəltmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə, mülki qanunvericiliyin istinad edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı, kreditor olaraq istənilən borcludan icranı tələb etmək hüququna malikdir və cavabdehlər birgə borclu olaraq yaranmış borc üzrə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair cavabdehlər hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslıdır və təmin edilməlidir. İddia əsaslı olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,40 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan daha 10 manat dövlət rüsumu isə cavabdehlərdən müştərək qaydada dövlət büdcəsi hesabına tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2,774.60 ABŞ dolları əsas, 92.22 ABŞ dolları faiz borcu, cəmi 2,866 (iki min səkkiz yüz altmış altı) ABŞ dolları 82 (səksən iki) sent ödəniş gününə məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat 40 (qırx) qəpik iddiaçı “xxxxxxxxxxxxxxxxxxxx” MMC -nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 (on) manat dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar