Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-27/2025 16.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanma sayəsində onun qazancı hesabına əldə etdiyi 6498 manat məbləğin və 86 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı evin təmirinə çəkilmiş xərc kimi 1200 manat pul verməyə razı olduğunu bildirmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, evi o tikmişdir. Tikinti materialları və usta xərclərini o ödəmişdir. Hazırda razılığa gəlmişlər və cavabdehdən 1200 manat pul tələb edir. İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək izah etdi ki, ev cavabdehə məxsus olsa da iddiaçı tərəfindən həmin evə xərc çəkilmişdir. Hazırda tərəflər razılığa gəlmişlər. İddiaçı cavabdehdən 1200 manat pul tələb edir. Cavabdeh izah etdi ki, evi o inşa etdirmiş və ev ona məxsusdur. Lakin hazırda razılığa gəlmişlər. İddiaçıya 1200 manat pul ödəməyə razıdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, Yaqut onun iş yoldaşıdır. Yaqut ondan iki il öncə 2000 manat borc pul almışdır. Pulu evini təmir etmək üçün almışdır. Yaqutun evinə tikinti materialları gələndə orada olmuşdur. Evin üstü köhnə örtük idi. Yaqut dəmir örtüklə əvəz etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərmişdir ki, Suqra onun qonşusudur. Suqra ev tikdirəndə ona evindən çıxma plastik pəncərə satmışdır. Evi hansı usta tikdiyini bilmir. Pəncərələr həmin evə qoyulduğunu bilir. Evi aralıdan görüb. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək göstərmişdir ki, Suqra onun qonşusudur. 2017-ci ildə onun evinin döşəməsini və tavanını o vurmuşdur. Həmin vaxt evin üstü örtülü idi və barıları suvanmışdır. Evin üstü köhnə örtüklə örtülmüşdür. Həmin işləri ona Suqra gördürmüşdür. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, Suqra onun qonşusudur. 2017-ci ildə onun evinin suvağını vurmuşdur. İşi görməyi ona Suqranın oğlu demişdir, lakin pulunu Suqra özü vermişdir. Həmin vaxt evin üstü köhnə örtüklə örtülü idi. Evdə yaşayış yox idi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 12 fevral 2024-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı 86 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 19 yanvar 2024-cü il tarixli 60 saylı arayışından məlum olur ki, X10 14 iyul 2001ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsindən məlum olur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0.36 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq üzərində yerləşənfərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli 04 noyabr 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 0.036 ha torpaq sahəsi Cavabdeh məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(107)-1030/2023 saylı qətnaməsindən məlum olur ki, Yevlax Rayon Məhkəməsinin 02 iyun 2023-cü il tarixli 2(039)-184/2023 saylı qətnaməsindən verilən apelyasiya şikayəti təmin edilməmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2024-cü il tarixli 10/4318 saylı ekspert rəyindən görünür ki, Yevlax şəhəri, Dostluq küçəsi ev 141 saylı fərdi yaşayış evinin və yarımçıq tikintisinə çəkilmiş xərcin dəyəri usta və inşaat materiallarının qiyməti də daxil olmaqla mövcud bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 5215 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən 0.036 ha torpaq sahəsi var və onun üzərində fərdi yaşayış evi mövcuddur. İddiaçı cavabdehin oğlu Azər Həsənovla ailəli olduqları vaxt həmin evdə yaşamışdır. Cavabdehin müraciəti əsasında iddiaçı məhkəmə qətnaməsi əsasında həmin evdən çıxarılmışdır. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən həmin evə çəkilmiş xərci tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı tərəflər razılığa gələrək, iddiaçı 1200 manat pulun tutulmasını xahiş etmişdir. Cavabdeh isə 1200 manat pulun iddiaçıya ödəyəcəyi barədə ərizə vermişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 1200 manat pul tutularaq İddiaçı verilməlidir. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-ci maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: Cavabdeh 1200 manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektorn Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-27/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-27/2025
16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver