Məhkəmə qərarları › İş №2(039)-274/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-274/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-274/2023 26.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, 4,000 manat pul vəsaitinin və dövlət rüsumu hesabına ödədiyi 61 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun kəndilisidir. Ailəvi dost olmuşlar. Hazırda Cavabdeh 4,000 manat borcu yaranmışdır. Bununla bağlı, yəni Cavabdeh borc aldığı 4,000 manatı qaytarmadığı üçün məhkəməyə müraciət etməmişdən öncə, Azərbaycan Respublikası DİN-nin “102” xidməti - zəng mərkəzi sisteminə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən araşdırılmış və sonuncunun tərəfindən qəbul edilmiş 16 avqust 2021- ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin, qeyd edilən araşdırma zamanı, Cavabdeh 4,000 manat pul almasını etiraf etmiş və yazılı izahat yazmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh olan borcunu könüllü ödəmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları: İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2021-ci ilin iyun ayında həmkəndlisi Cavabdeh ona müraciət edərək 1,000 manat məbləğində borc pul istəmişdir. Cavabdeh həmin məbləği öz işləri ilə bağlı istəmişdir. Onunla münasibətləri yaxşı olduğundan həmin pul ona vermişdir. Cavabdeh söz vermişdir ki, həmin pulu iki aya qaytaracaqdır. Lakin, pulu qaytarmamışdır. Hətta, Cavabdeh sonradan onun arvadından daha 3,000 manat borc adı ilə pul almışdır. Bu səbəbdən polis orqanlarına müraciət etmişdir. Lakin, ona məsləhət görmüşlər ki, məhkəməyə müraciət etsin. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətən 2021-ci ilin iyun ayında İddiaçı borc olaraq 1,000 manat borc almışdır. Həmin borcu imkanı olmadığı üçün hələ də qaytara bilməmişdir. Bundan başqa, İddiaçı arvadından 3,000 manat pulu borc olaraq almışdır. Borcun qaytarılması ilə bağlı İddiaçıla və onun arvadı ilə danışıqlar aparmışdır. Bu zaman İddiaçı arvadı bildirmişdir ki, borc olaraq ona verdiyi 3,000 maat pulu şəxsən onun özünə qaytarsın, İddiaçı deyil. İddiaçı aldığı borcu tez bir zamanda qaytaracaqdır. İddianın 1,000 manat tutulması hissəsində təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Sübutlar: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 avqust 2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Cavabdeh DİN “102” xidməti zəng mərkəzinə müraciət edərək İddiaçı onu v atasını öldürəcəyi ilə hədələməsi barədə məlumat vermişdir. Cavabdeh izahatında İddiaçı 1,000 manat, onun arvadından 3,000 manat aldığını bildirmişdir. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlar, habelə cavabdehin etirafı əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı borc olaraq 1,000 manat pul alaraq iki ay müddətində qaytaracağına vəd versə də, həmin məbləğdə borcu qaytarmamışdır. İddiaçı cavabdehdən 4,000 manat pulun tutulmasını istəsə də, özünün etirafı ilə də təsdiq olunur ki, həmin məbləğdən 3,000 manat onun arvadına məxsusdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1,000 manat, habelə həmin məbləğə mütənasib olaraq ödənilməli olan dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Borcun 3,000 manat hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı həmin məbləğdə pulun şəxsən ona məxsusluğunu sübut də bilməmişdir, əksinə təsdiq etmişdir ki, həmin pul arvadına məxsusdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin pulu tələb etməyə iddiaçının subyektiv hüququ olmadığından həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1,000 manat, habelə 30 manat ödənilməli olan dövlət rüsumunun əvəzi, ümumi 1,030 (bir min otuz) manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar