Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-277/2021 04.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı BOKT “xxxx” MMC-nin cavabdeh X2 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” MMC cavabdeh X2 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2012-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 532 manat, faiz borcu üzrə 71,48 manat, cərimə borcu üzrə 53,20 manat olmaqla cəmi 656,68 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin X1 BOKT “ xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi üzrə işin məhkəmədə baxılmağa hazırlanması üzrə məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə göndərilmiş məhkəmə bildirişi “vəfat edib” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəməyə Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh X3 xx xxxxxxxx 2012-ci il tarixdə ölmüşdür. İddiaçı kredit təşkilatının cavabdeh X2 qarşı irəli sürdüyü iddia tələbini özündə əks etdirən iddia ərizəsi Məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.7-ci maddəsinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən müzakirə edilən məsələyə yanaşdıqda müəyyən edilir ki, iddia ərizəsi Məhkəməyə daxil olan zaman cavabdeh X3 artıq öldüyündən o, hazırki iş üzrə tərəf olmamış və iş üzrə tərəf olmadığı üçün tərəf kimi sıradan çıxmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT “xxxx” MMC-nin cavabdeh X2 qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-277/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-277/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver