Məhkəmə qərarları › İş №2(039)-278/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-278/2023

18.01.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-278/2023 18.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı vəkili X4, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneərin aradan qaldırılması öhdəliyinin qoyulmasına” dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh4 qarşı “maneənin aradan qaldırılması öhdəliyinin qoyulmasına” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin üzərinə Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Yevlax rayonu, Salahlı kəndində yerləşən ümumi sahəsi 96 kv.m olan yaşayış evi üzərində kameral ölçü işlərinin aparılmasına maneçiliyin aradan qaldırılması öhdəliyinin qoyunmasına qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X6 anası Alıyeva (Əliyeva) Şəqilət Alı qızı ilə xx.xx.1961-ci ildə nikaha daxil olmuş, atası X6 xx.xx.2017-ci il tarixdə, anası X8 isə xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Atası və anasının Aqrar İslahatından əvvəl yaşadığı Yevlax rayonu, Salahlı kəndində yerləşən ümumi sahəsi 96 kv.m olan yaşayış evi, o cümlədən yaşayış sahəsi 48 kv.m olmuşdur. O, Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək atasından miras qalan həmin fərdi evi rəsmiləşdirmək istəmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin **********31 saylı, xx.xx.2022-ci il tarixli məktub ilə ona cavabdehlərin yaşayış evlə bağlı kameral ölçü işlərinin aparılmasına etiraz etdiklərini və invertarlaşdırma işlərinin aparılmasına mane etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul edərək bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə mərhum valideynlərinə məxsus olan Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Qardaşı İddiaçı mübahisəli evdə yaşamasına heç bir etirazı yoxdur. Qardaşı İddiaçı özünə məxsus olan 0.56 hektar pay torpaq sahəsini satarsa, həmin torpaq səhəsinin dəyərini ödəyib almağa razıdır. Yuxarda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Şəlalə Tağıyeva iddiaçı ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X9, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin 25 fevral 2022-ci il tarixli, **********31 saylı bildirişindən görünür ki, Yevlax rayonu, Salahlı kəndində yerləşən fərdi yaşayış evininin inventarlaşdırmaq məqsədi ilə mühəndis inventarlaşdırıcı ərizədə qeyd olunan ünvana getmiş, lakin mübahisə olduğu üçün müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arxiv arayışından Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu, Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2001-2005-ci illlərə dair 3 saylı təsərrüfatbaşına kitabının 82-ci səhifəsinin 227 saylı qeydinə əsasən X7 təsərrüfat başçısı yazılmışdır. Sənəddə təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi 96 kv metr, o cümlədən yaşayış sahəsi 48 kv metr yazılmışdır. Sənəddə təsərrüfatın xüsusi mülkiyyətində 0.32 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən də Yevlax rayonu, Salahlı kəndində yaşayır. Mingəçevir Regional “Asan xidməti” Mərkəzində Notariat ofisinin xx.xx.2021-ci il tarixli 2167 nömrəli məktunundan görünür ki, İddiaçı ərizəsinə əsasən Yevlax rayonu, Salahlı kəndində yaşamış mərhum X1 miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X3 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı mərhum atası X6 xx.xx.2017-ci il tarixdə, mərhum anası X8 isə xx.xx.2000-ci il tarixdə vəfat etmiş, iddiaçının mərhum atası X10 rayonu, Salahlı kəndində 0,32 ha həyətyanı torpaq sahəsi miras olaraq qalmışdır. İddiaçı atası və anasının ölümündən sonra ondan miras qalmış əmlakla əlaqədar vərəsəlik işinin açılması üçün rayon notariat kontoruna müraciət etmişdir. Notariat kontoru miras qalmış əmlakın qeydiyyata alınmadığına görə həmin evin atasının adına qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsinə məktubla müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsinin mütəxəssisləri müəyyən müayinə və ölçü işləri aparmaq üçün həmin həyətə getmişlər, lakin cavabdeh onları həyətə buraxmamaqla, yəni onlara qarşı müayinə və ölçü işləri aparmağa süni manelər törətmişlər. Ona görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Yevlax rayonu, Salahlı kəndində mərhum X2 miras qalmış 0,32 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış sahəsi 48 kv.metr, ümumi sahəsi 96 kv.metr olan yaşayış evi üzərində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu, Salahlı kəndində mərhum X2 miras qalmış 0,32 ha həyətyanı torpaq sahəsində yerləşən yaşayış sahəsi 48 kv.metr, ümumi sahəsi 96 kv.metr olan yaşayış evi üzərində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, X9, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar