Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2785/2025 29.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2560 (iki min beş yüz altmış) manat borc pulun və 46 (qırx altı) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehi Şəhla adlı rəfiqəsinin vasitəsi ilə tanımışdır. Cavabdeh Şəhla adlı rəfiqəsinin kafesini icarəyə götürüb işlətmişdir. Cavabdeh ondan işlətdiyi kafeyə alınmalı olan əşyalarla əlaqədar 2700 manat borc pul almışdır. Həmin borcdan iki dəfə 70 manat olmaqla, cəmi 140 manat pul qaytarmışdır. Borc verilən zaman cavabdeh özü şəxsən qəbz yazmışdır. Cavabdeh pulu alanda 2-3 aya qaytaracağını demiş, lakin 2-3 ildir ki, borcunu qaytarmaqdan yayınır. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçının rəfiqəsi Şəhla xanımın kafesini icarəyə götürüb işlətmişdir. Şəhla xanım iddiaçının həyat yoldaşının sağlığı zamanı 5-6 il əvvəl onları tanış etmişdir. Həmin vaxt o iddiaçıdan 500 manat, sonra 300 manat borc pul alıb qaytarmışdır. İddaçıdan dəfələrlə pul alıb qaytarmışdır. Sonradan pul lazım olmuş və 1200 manat pul almışdır. Sonradan onun iş yoldaşına da pul lazım olduğu üçün iş yoldaşı ilə gəlib iddiaçıdan 700 manat pul almışlar. İddiçıda pul olmadığı üçün iddiaçı başqa şəxsdən 700 manat alıb ona vermişdir. İş yoldaşı da hissə-hissə ödənişlərini etmişdir. O da borclu olduğu 2000 manatı ödəyib qurtarmışdır. Beləliklə, iddiaçıdan 2700 manat borc pul almış, aldığı borcun 2000 manatını ödəmişdir. 700 manat qalan borcu isə onun iş yoldaşı ödəməli olduğu üçün ödəməmişdir. Hazırda iddiaçıya borcu yoxdur. Borc alan zaman qəbz yazıb iddiaçıya təqdim etmişdir. xx.xx.2023-cü il tarixdə iş yoldaşına pul lazım olanda iddiçı iş yoldaşını tanımadığı üçün pulu ona vermişdir. Eyni zamanda iddiaçıdan həmin vaxt yenidən 2000 manat almışdır. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə iddiaçıya 2700 manat borcu olmağı və bir il müddətinə qaytaracağı barədə qəbz yazmışdır. Həmin puldan 2000 manatını qaytarmışdır. Həmin puldan 700 manatını Əmrahov Mehti adlı iş yoldaşı ödəməlidir və bir il aldığı 700 manata görə Mehdi ödəniş etmişdir. 2000 manat pulu qaytarmağı barədə hər hansı bir sübutu yoxdur. Belə ki, özü və digər şəxslər vasitəsi ilə hər ay pul aparıb iddiaçının ünvanında ona qaytarmışdır. 700 manatın odənişlərini iş yoldaşı bank kartı vasitəsi ilə ona göndərmişdir, o da nəğdləşdirib iddiaçıya ödəmişdir. 2000 manat borca görə hər ay 200 manat iddiçıya pul vermişdir. 2000 manat əsas borcu bir dəfə 1000 manat, sonra iki dəfə 500 manat ödəyib qurtarmışdır. Qalan 700 manat borc isə iş yoldaşı aldığı borcdur. Hazırda onun iddiaçıya ödənilməmiş borcu qalmamşdır. İddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2700 (iki min yeddi yüz) manat borc pul almış və aldığı pulu 1 (bir) il müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə 2700 (iki min yeddi yüz) manat borc pul almış, aldığı pulu 1 (bir) il müddətinə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, müəyyən edilmiş vaxtadək iddiaçıdan aldığı borcdan 140 (bir yüz qırx) manat qaytarmış, qalan 2560 (iki min beş yüz altmış) manat borcu qaytarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin iddiaçıya ödənilməmiş qalan borcu 2560 (iki min beş yüz altmış) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üc min manatdan coxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edildiyi kimi cavabdeh iddiaçıya olan borcunu müəyyən edilmiş tarixədək qaytarmalı olduğu halda, götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya 2560 (iki min beş yüz altmış) manat borcu qalmışdır. Məhkəmə iclasında cavabdeh iddiaçıdan aldığı borc pulu tam şəkildə qaytardığını və həmin pula görə aylıq faizlər ödədiyini göstərsə də, həmin halı təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2560 (iki min beş yüz altmış) manat borc pul və 46 (qırx altı) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2785/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2785/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver