Məhkəmə qərarları › İş №2(039)-282/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-282/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-282/2020 17.01.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015A********** saylı kredit müqaviləsi üzrə 175,49 ABŞ dolları məbləğində kredit borcu, 158,72 ABŞ dolları məbləğində faiz borcu və 69,21 ABŞ dolları cərimə borcu olmaqla, ümumlikdə cəmi 403,42 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2015-ci il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.6667% olmaqla 18 ay müddətinə, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015A**********S saylı, xx.xx.2016-ci il tarixi 015A**********SA saylı, xx.xx.2017-ci il tarixli 015A**********SB saylı, xx.xx.2018-ci il tarixi 015A**********SB saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1124,51 ABŞ dolları ödəniş etmiş və onun iddiaçıya 175,49 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcunu və faiz borcunu krediton qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 229 gün üçün hesablanmış faiz borcu 158,72 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 229 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 69,21 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Səfərov X3 xx.xx.2019-cu il tarixli Fərmanına əsasən ona Bank tərəfindən kompensasiya ödənildiyini və buna görə Banka heç bir borcunun olmadığını güman etdiyini və mövcud borcunu Banka hissə-hissə ödəyə biləcəyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək məhkəmədən ona münasibətdə iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 015A********** №li kredit müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh1 2.6667 faiz ödəmək şərti ilə 18 ay müddətinə 1300 ABŞ dolları məbləğində kredit verilir. Kredit alan kreditdən tam və ya hissə-hissə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. İddiaçı QSC-nin “Mingəçevir” filialı (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 015A**********S №li, xx.xx.2016-cı il tarixli 015A**********SA №li, xx.xx.2017-ci il tarixli 015A**********SB №li, xx.xx.2018-ci il tarixli 015A**********0SB №li Kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişlərə xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə və ödəniş cədvəlinə dəyişiklik edilmişdir. Qeyd olunan sazişlərə müvafiq olaraq kredit alana ödəniş planları təqdim olunmuşdur. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixli, 015A**********№likredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı” QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə 015G**********03 №li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC-nin “Mingəçevir” filialı (kredit verən) ilə Cavabdeh2 (zamin) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 015G**********03S №li, xx.xx.2016-cı il tarixli 015G**********03SA №li, xx.xx.2017-ci il tarixli 015G**********03SB №li, xx.xx.2018-ci il tarixli 015G**********03SB №li Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında Sazişlərə əsasən xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilmişdir. İddiaçı QSC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə bağladığı 015A**********№li kredit razılaşması üzrə borcu xx.xx.2019-cu il tarixə 175,49 ABŞ dolları məbləğində əsas borcu, 158,72 ABŞ dolları məbləğində faiz borcu və 69,21 ABŞ dolları cərimə borcu olmaqla, ümumlikdə cəmi 403,42 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini xx.xx.2015-ci il tarixli kassa məxaric orderi ilə Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka olan cəmi 403,42 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehlərdən 175,49 ABŞ dolları əsas kredit borcunun, 158,72 ABŞ dolları faiz borcunun tutulması hissəsində əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 69,21 ABŞ dolları məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 5 ABŞ dolları müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 175,49 ABŞ dolları kredit borcu, 158,72 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə olmaqla, cəmi 339,21 ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatlatutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 015A********** saylı kredit razılaşması üzrə üzrə 175,49 ABŞ dolları kredit borcu, 158,72 ABŞ dolları faiz borcu və 5 ABŞ dolları cərimə olmaqla, cəmi 339 (üç yüz otuz doqquz) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar