Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2832/2023 05.12.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.1999-cü il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X1 üçün Yevlax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə təyin olunmuş 50 manat alimentin məbləğinin artırılaraq, bu ərizə verildiyi tarixdən başlayaraq hər uşağı üçün hər ay həmin məbləğ 220 manat sabit pul məbləğində artırılmaqla cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci ildə faktiki ailə qurub evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.1999-cü il təvəllüdlü X5 və xx.xx.2001-ci il təvəllüdlü X8 adlı iki uşaqları anadan olmuşdur. Uşaqları hal-hazırda onun yanındadırlar. Aralarında olan nikah qeydi xx.xx.2009-cu il tarixdə pozulmuşdur. Onlar 2015-ci ildən bir yerdə yaşamırlar. Yevlax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə xx.xx.1999-cü il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 50 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Uşaqların minimun saxlanılması xərci 220 manatdır. Cavabdeh bu məbləği rahatlıqla ödəyə bilər. Cavabdeh hər ay hər uşaq üçün 50 manat alimentini ödəyir. Keçmiş həyat yoldaşı həm qaynaqçı işləyir, həm də pensiya alır. Alimenti rahatlıqla ödəyə bilər. Bu səbəbdəndə o, hazırki aliment məbləğinin 50 manatdan 220 manata qədər artırılmasını istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı X7 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında iddiaçının tələbi ilə razı olmadığını, uşaqlarının hər ikisinin hədi buluğa çatdıqlarını, oğlu Azərin 24 yaşı, qızı Jalənin isə 22 yaşı olmasını nəzərə alaraq məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.1999-cü il təvəllüdlü Məhəmməd və xx.xx.2001-ci il təvəllüdlü Jalə adlı uşaqları var. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00042 saylı arayışdan məlum olur ki, X7 alimentin artırılması tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1731 №li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah qeydi xx.xx.2012-ci il tarixdə pozulmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-431/2009 saylı, 2009-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 30 manat məbləğində Cavabdeh alınaraq iddiaçı X6 verilməsi qət edilmişdir Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin Ailə Məcəlləsinin 113.2-ci maddəsində qeyd edilir ki, Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilir. Qeyd olunan maddələrdən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir, habelə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda xitam verilir. Hazırkı işdə isə alimentin miqdarının dəyişdirilməsi ilə bağlı bu əsaslar mövcud deyildir, əksinə iş materiallarından da görünür ki, müvafiq məhkəmə qətnaməsi ilə aliment ödənilməli olan uşaqların hər ikisi artıq yetkinlik yaşına çatmışlar. İşin yuxarıda qeyd olunan hallarını, qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə xx.xx.1999-cü il təvəllüdlü X2 və xx.xx.2001-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-2832/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2832/2023
05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver