Məhkəmə qərarları › İş №2(039)-2856/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-2856/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-2856/2021 27.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon MəhkəməsiYevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair ərizə ilə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçinin ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi tərəfindən ərizənin qoşma hissəsində dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilsə də, iddia ərizəsinə əlavə olunmuş 01 dekabr 2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 39 manat dövlət rüsumu Mingəçevir şəhər Məhkəməsinə ödənilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində nə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar