Məhkəmə qərarları › İş №2(039)-287/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-287/2022

03.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-287/2022 03.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdehlər Cavabdeh3 Cümşüd oğlunun və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) cavabdehlər Cavabdeh3 Cümşüd oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 1,020.93 AZN əsas, 3.84 AZN faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30.25 AZN məbləğində vəsaitin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum X2 arasında bağlanmış 06.08.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 27% ödəmək şərtilə 1,700 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1 -ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 11.06.2021-ci il tarixli cavab məktubu ilə X2 vərəsələrinin Cavabdeh3 Cümşüd oğlu. Cavabdeh2 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Türkan Piriyeva məhkəməyə ərizə təqdim edərək məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, oğlu X2 06 avqust 2015-ci il tarixdə "xxxx" KB ASC-dən kredit müqaviləsi əsasında 24 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 1,700 manat kredit götürmüş və sağında kredit müqaviləsinin şərtlərinə əməl etmişdir. Lakin, oğlu, 25 iyul 2016-cı il tarixdə ölmüşdür. Onun qanuni vərəsələri olaraq şəhadətnamə əsasında atası olaraq o, anası olaraq Cavabdeh2, övladları olaraq Cavabdeh3 və Ayişə Pənahlı tanınmışlar. Bu müddət ərzində onlara kredit müqaviləsi üzrə borcun olması və bu borcun ödənilməsi ilə bağlı hər hansı müraciət olunmamışdır. Bu barədə ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 eyni məzmunlu izahat verərək və bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 (Cavabdeh3) məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. "xxxx" KB ASC ilə cavabdeh Ramin Pənahov arasında bağlanmış 05.08.2015-ci il tarixli, 2630nkİNSH/15 saylı kredit müqaviləsi əsasında sonuncuya 24 ay müddətinə illik 27 % ödənilmək şərti ilə 1,700 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışına əsasən 26 noyabr 2021-ci il tarixə həmin müqavilə üzrə 1,020.93 manat əsas, 3.84 manat faiz borcu yaranmışdır. Ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, X2 25 iyul 2016-cı il tarixdə ölmüşdür. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrlə (“Elektron notariat” X1 çıxarış) müəyyən olunur ki, 27 fevral 2017-ci il tarixdə Ramin Pənahovun atası Cavabdeh3, anası Cavabdeh2, oğlu Cavabdeh3, qızı Ayişə Pənahlı mərhum Ramin Pənahovun qanunüzrə vərəsələri tanınmışlar. Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyən olunur ki, "xxxx" KB ASC ilə mərhum Ramin Pənahov arasında kredit müqaviləsi 24 ay müddətinə balansa da, sonuncu 25 iyul 2016-cı ildə ölmüşdür. Hazırkı iş üzrə cavabdehlər isə 27 fevral 2017-ci il tarixdə Ramin Pənahovun qanun üzrə vərəsələri tanınmışlar. Məhkəmə hesab edir ki, hazırkı iddia müddətinin axımı iddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu gündən, yəni 27 fevral 2017-dən hesablanmalıdır. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə yalnız 20 dekabr 2021-ci il tarixdə müraciət etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Bu isə iddianın təmin edilməməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3 Cümşüd oğluna, Cavabdeh2 və Pənahlı (Pənahov) Səttar Ramin oğluna qarşı 1,020.93 AZN əsas, 3.84 AZN faiz borcunun və dövlət rüsumu olaraq ödənilmiş 30.25 AZN məbləğində vəsaitin müştərək qaydada tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar