Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2899/2025 21.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ X4 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair işə 21 yanvar 2026-cı il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3734 (üç min yeddi yüz otuz dörd) manat borc məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 58 (əlli səkkiz) manat pulun, cəmi 3792 (üç min yeddi yüz doxsan iki) manat məbləğində pulun alınaraq ona, yəni İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, qeyd edilən pulun Cavabdeh2 tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, İddiaçı xx xxxxxx 1995-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Hazırda da Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 55-də yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvaddırlar. İddiaçı onları bacısı Çinarə vasitəsilə tanımışdır. 2024-cü ilin sentyabr ayının 6-da cavabdeh ona bildirmişdir ki, əri Zaurun səhhətində ciddi problemlər vardır. O, təcili əməliyyat olunmalıdır. Ona görə də onlara pul lazımdır. Bu zaman Leyla ona yalvarmışdır ki, pul tapsın, ərinin vəziyyəti ağırdır. İddiaçı da bir tanışından 1000 manat alaraq Leylaya vermişdir. Bu zaman Cavabdeh2 öz xətti ilə qəbz yazmışdır. Cavabdeh 3 gün sonra, yəni 2024-cü ilin sentyabr ayının 9-da yenidən bildirmişdir ki, əməliyyat üçün pul yetərli deyil, əlavə olaraq da 500 manat pul lazımdır. İddiaçı yenidən tanış adamdan 500 manat alaraq ona vermişdir. 2025-ci ilin fevral ayının 6-da cavabdeh yenə də onun evinə gəlmişdir. Bu zaman Leyla ağlaya-ağlaya bildirmişdir ki, Zaurun yekun müalicəsi üçün 600 manat lazımdır. İddiaçı tanışından 600 manat da alaraq cavabdehlərə vermişdir. Leyla öz xətti ilə qəbz yazmışdır və ümumilikdə borc 2100 (1000+500+600) manat olmuşdur. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, qəbzdə yazılan 1600 manat borc iddiasını qəbul edir. Lakin borcu hər ay ay 50 manat olmaq qaytarmağa gücü çatır və buna dair müvafiq ərizəni təqdim etdi. Bundan başqa o, iddiaçıdan aldığı pulu faizə almışdır və hətta 2 dəfə puldan müəyyən ödənişlər etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən fotoşəkillərdən görünür ki, iddiaçı ilə cavabdeh arasındakı yazışmalardan məlum olur ki, cavabdehin iddiaçıya borcu vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Yevlax Rayon Məhkəməsinə 58.40 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh2 tərəfindən yazılmış qəbzdən də aydın olur ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə İddiaçı 1000 (min manat) manat pul götürmüş xx.xx.2024-cü il tarixdə geri ödəməyə söz vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh2 tərəfindən yazılmış qəbzdən də aydın olur ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə İddiaçı 600 (altı yüz) manat borc almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli, AD-00141023 saylı ödəmə cədvəlindən görünür ki, X1 “El Kredit”-dən kredit müddəti 24 aylıq olmaqla, 2500 (iki min beş yüz) manat kredit götürmüşdür. İş materiallarında olan (cavabdeh tərəfindən məhkəməyə təqdim edilən) və məhkəmə iclasında tədqiq edilən CD diskə baxış keçirilərkən tərəflər arasında borc mübahisəsi olduğunu və cavabdeh borcunu qaytaracağını bildirmişdir. Həmin CD diskdə olan səs yazısında “arvaddan götürülən pulun üstü nə qədər olduğu və ödənilən pulun üstü ödənilib?” səsləri əks olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh2 1600 manat borc pul vermişdir. Lakin cavabdeh verməli olduğu borc pulu geri qaytarmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin İddiaçı 1600 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarında iddiaçının cavabdehdən 3734 manat pul tələbi olsa da, iş materiallarında cavabdeh tərəfindən 1600 manat borc alması barədə qəbzlər vardır ki, iddiaçı sübutetmə yükünə görə cavabdehdən tələb etdiyi 3734 manat borc məbləğini sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 1600 manat pul və 58 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1600 manat və 58 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-2899/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2899/2025
21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver