Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-29/2022 01.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, İddiaçı cavabdeh Adgözəlov Fı̇ rdovsi Novruz oğluna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdeh Fı̇ rdovsi Adgözəlova qarşı Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 374.08 AZN əsas, 134.96 AZN faiz borcunun və 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 15.05.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərti ilə 20,000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 AZN komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə Bank bu müqavilə müddətinin sonunadək həmin Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəsmiləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu müqavilə ilə müəyyən edilir. Nəticədə cavabdehin 6 may 2021, tarixinə kredit müqaviləsi üzrə 374,08 ZN əsas, 134,96 AZN faiz borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyeva ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Adgözəlov Fı̇ rdovsi Novruz oğlu 10 iyul 2021-ci il tarixdə ölmüşdür. Bu, AZ-İİ№198048 saylı, 10 avqust 2021-ci il tarixli Ölüm haqqında şəhadətnamə ilə təsdiqini tapmışdır. Yevlax Rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən bildirilmişdir ki, Adgözəlov Fı̇ rdovsi Novruz oğlunun adına anası X4 və X1 ərizəsinə əsasən 07 oktyabr 2021-ci il tarixdə Yevlax rayon 1 saylı notariat ofisində vərəsəlik işi açılmış, lakin vərəsələri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Bunun əsasında Raisa Adgözəlova və Nurlanə Adgözəlova cavabdeh qismində tanınmışlar. Cavabdehlər Raisa Adgözəlova və Nurlanə Adgözəlovaya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 15.05.2018 -ci il tarixli 885sMNG/18 saylı kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 120 ay müddətinə, illik faiz dərəcəsi 35%-dək olmaq şərtilə 20,000 AZN məbləğində kredit verilmişdir. Maliyyə arayışına əsasən, həmin müqavilə üzrə 06 may 2021-ci il tarixə 374.08 AZN əsas, 134.96 AZN faiz borcu yaranmış, 0 AZN cərimə və 0 AZN komisyon hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1306.1. vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mərhum Fı̇ rdovsi Adgözəlova kredit müqaviləsi əsasında 120 ay müddətinə, illik faiz dərəcəsi 35 %-dək olmaq şərti ilə 20,000 AZN manat pul verilmiş, lakin borclu üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. Fı̇ rdovsi Adgözəlov 10 iyul 2021-ci il tarixdə ölmüşdür. Notariat ofisində Raisa Adgözəlova və Nurlanə Adgözəlovanın adına vərəsəlik işi açılmışdır. Eyni zamanda müəyyən olunur ki, hazırkı iş üzrə cavabdehlər X6 və X5, mərhumun qanun üzrə vərəsələridir. Qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdehlər mərhumun qanun üzrə vərəsələri olduğundan hər birinin payına mütənasib surətdə birgə borclu kimi yaranmış borcu tam ödəməyə borcludurlar. Cavabdehlər miras qoyanın borclarının mirasdan çox olduğuna dair hər hansı sübut da təqdim etməmişlər. Əsas və faiz borcunun düzgün hesablanmaması müəyyən edilməmişdir. Məhkəmə, mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, yaranmış borc, habelə məhkəmə xərcləri cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər X3 və X2 15.05.2018 -ci il tarixli 885sMNG/18 saylı kredit müqaviləsi üzrə hər birinin payına mütənasib surətdə 374.08 manat əsas, 134.96 manat faiz borcu, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 539 (beş yüz otuz doqquz) manat 04 (dörd) qəpik iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-29/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-29/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver