Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-293/2024 04.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7786 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 88 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmiş, sonradan iddianın həcminin azaldılmasına dair ərizələrində iddia tələbinin caavabdehdən 6786 manat məbləğində borc pulun və ödənilmiş müvafiq dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar ər-ərvadırlar. xx.xx.1980-ci il tarixdə rəsmi nikah qeydiyyatdından keçmişlər. Ər-arvad olaraq birgə təsərrüfatı idarə edirlər, o cümlədən birgə ailə bücəsi vardır. Cavabdeh onlara müraciət edərək ona təcili olaraq pul lazım olduğunu və kredit götürmək üçün tələb olunan şərtlərə cavab vermədiyini bildirirərək pensiya kartlarına kredit pul götürüb ona verməyi xahiş etmiş və cavabdeh kredit öhdəliklərini özü yerinə yetirəcəyinə onları tam inandırmışdır. Onlar cavabdehlə qohum olduqları üçün üçün inanmışlar. xx.xx.2020-ci il tarixdə İddiaçı1 "xxxx" ASC-nin Yevlax filialından 2050 manat və digər İddiaçı2 "xxxx" ASC-nin Yevlax filialından 2600 manat kredit pul vəsaiti götürüb cavabdehə vermişlər. Cavabdeh söz verdiyi kimi, hər ikisinin adına olan kredit öhdəliklərini vaxtı-vaxtında ödəyəcəkdir. Lakin cavabdeh ümumiyyətlə kredit ödhəliklərini icra etməkdən yayınmış və "xxxx" ASC-nin Yevlax filialı aylıq kredit ödənişlərini onların pensiya məbləğlərində çıxmış və hal-hazırda da pensiyalarında həmin kreditlərə görə tutulmalar davam edir. Belə olan halda, onlar cavabdehdən ödədikləri pulları onlara nəğd şəkildə verilməsini tələb edilər. Cavabdeh sonuncu dəfə bir neçə gün bundan öncə onlara yeni bank kartı vermiş və bildirmişdir ki, karta borcunu ödəyəcəkdir. Lakin həmin karta cəmi 50 manat pul ödəmişdir. Cavabdeh kredit öhdəliklərini özü yerinə yetirsəydi həm əsas borcu həm də faiz borcunu ödəməli idi. Hazırda isə kredit pul vəsaiti götürərək cavabdehə verdikləri cəmi ödədikləri faiz ilə birlikdə 4650 manat və 3136 manat faiz pulunu ondan tələb edirlər. Cəmi məbləği 7786 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək, iddiaçılara 6000 manat borcu olduğunu etiraf etmiş və həmin pulu qaytarmağı öhdəsinə götürmüş və məhkəmədən iddianın həmin hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2020-ci il tarixli, GTKB3244A180 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı1 illik 28% faiz dərəcəsi ilə 48 ay müddətinə olmaqla, 2050 manat məbləğində kredit vermişdir. Kredit alan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, GTKB3250669A180 №li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı2 illik 28% faiz dərəcəsi ilə 48 ay müddətinə olmaqla, 2600 manat məbləğində kredit vermişdir. Kredit alan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1980-cu il tarixdə verilmiş İİ-ЖГ № 367577 saylı nikah akt qeydindən görünür ki, İddiaçı1 ilə X1 arasında bağlanmış nikah 1980-ci ilin iyun ayının 05-ci günündə Yevlax rayon qeydiyyat şöbəsinin akt qeydləri kitabında 180 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada isə Vəliyeva soyadı verilmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərindən görünür ki, İddiaçı2 dövlət hesabına 88 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçılar ayrı-ayrılıqda cavabdehə borc pul verərək sonuncu ilə mülki münasibətdə olmuş və nəticədə Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 borcu yaranmışdır. Sonuncu həmin pul məbləğini iddiaçılara qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Habelə cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, iddiaçıya 6000 manat borclu olduğunu etiraf etmişdir. İddiaçılar isə cavabdehin onlara məhz 6786 manat borclu olması ilə bağlı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 6000 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 (səksən) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-293/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-293/2024
04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver