Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2954/2025 22.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 780 (yeddi yüz səksən) manat borc pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıdığı şəxsdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə bankda qızıllarının batdığnı deyərək ondan 780 (yeddi yüz səksən) manat borc pul istəmişdir. O da Cavabdeh tanıdığı üçün ona 780 manat borc pul vermişdir. Cavabdeh 780 manat aldığı borc pulu 4-5 ay müddətində qaytaracağını demişdir. Ancaq bu günə qədər pulu qaytarmamışdır. Cavabdehə 780 manat borc verdiyi pulu şahidlərin iştirakı ilə vermişdir. Dəfələrlə cavabdehdən 780 manat pulu istəməyinə baxmayaraq cavabdeh günü-günə sataraq pulu qaytarmaqdan boyun qaçırır. Pulunu cavabdehdən geri ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh şahidlərin iştirakı ilə 600 manat, qızıllarının bankdan girovdan çıxarıması üçün kifayət qədər olmadığına görə X2 180 manat əlavə borc alıb cavabdehə cəmi 780 (yeddi yüz səksən) manat pul vermişdir. Cavabdeh qızılları bankdan girovdan çıxardıb satıb ona olan borcu qaytaracağını demişdir. Cavabdeh pulu alanda 1-2 aya qaytaracağını bildirmiş, lakin hazırkı vaxtadək borcunu qaytarmamışdır. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. İddianın təmin edilməsinə dair qətnaə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun uzaq qohumudur. İddiaçı xahişi ilə onun adına kredit götürülmüşdür, lakin kreditin məbləğini dəqiq xatırlamır. Cavabdeh kreditin götürülməsi üçün özünə məxsus qızılları banka girov qoymuşdur. Kredit ödənilmədiyindən onun adına gecikmə olmuşdur. O da Cavabdeh onun adına gecikmələrin olmaması üçün banka olan borcun ödənilməsini tələb etmişdir. İsa Metiyev qızılların girovdan çıxarılması üçün İddiaçı borc pul istəmişdir və qızılları girovdan götürüb satıb onun pulunu qaytaracağını bildirmişdir. Sonra onun yanında İddiaçı Cavabdeh 600 manat öz pulunu, qızılların girovdan çıxarılması üçün pulun yetərincə olmadığına görə isə İddiaçı əlavə 180 manat borc pul alıb 780 manat pulu Cavabdeh vermişdir. Həmin pulu Cavabdeh İddiaçı bir ay ərzində qaytarmalı olmağına baxmayaraq, bu günə kimi qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qohumudur. O anası X4 evində qonaq olduğu zaman İddiaçı onun anasından zəng edib pul istəmişdir. X13 isə gəlib o pulu götürüb aparıb İddiaçı vermişdir. X8 adına lombarda qızıl qoyulub kredit götürülüb Cavabdeh verilmişdir. Lombarda qızıl qoyulub kredit götürüməsini qızından İddiaçı xahiş etmişdir və qısa müddətə kreditin ödəniləcəyini bildirmişdir. Cavabdeh İddiaçı olan borcunu ödəməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Quliyev X7 İsa Möysüm oğluna 2024-cü ildə qaytarmaq şərti ilə 780 manat borc pul vermiş, lakin cavabdeh aldığı borcunu müəyyənləşdirilmiş vaxtda ödəməmişdir. Tələb olunmasına baxmayaraq Cavabdeh İddiaçı olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məıcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakcısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 780 manat borc pul və 30 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdeh 780 (yeddi yüz səksən) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı Mönsüm oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-2954/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2954/2025
22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver