Məhkəmə qərarları › İş №2(039)-296/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-296/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-296/2020 05.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilkin iddia üzrə Cavabdeh5 iştirakları ilə, ilkin iddia üzrə iddiaçıLəğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmentinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X5 cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmentinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 21.503,83 manat əsas, 196,97 manat müddət sonuna hesablanmış faiz borcu, 3.086,24 manat məbləğində cərimə və 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 27.652,04 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən fərdi yaşayış evinə 0,2662 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmentinin satışdan əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərti ilə 30.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli, 01 saylı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2, X4, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus Yevlax rayonu, Qaramanlı kəndində yerləşən fərdi yaşayış evi 0,2662 ha torpaq sahəsi ilə birlikdə Bank qarşısında yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Borclu Cavabdeh2 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazlı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 21.503,83 manat əsas, 196,97 manat müddət sonuna hesablanmış faiz, 3.086,24 manat məbləğində cərimə və 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 27.652,04 manat təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı “maddi və mənəvi ziyan tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 50.000 manat maddi ziyanın, 100.000 manat mənəvi ziyanın, eləcə də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ölkədə aparılan uğurlu iqtisadi-siyasət fonunda həvəslənərək dövlətdən müəyyən məbləğ kredit alıb, kənd təssərrüfatı sahəsində öz bacarıq və qabiliyyətindən istifadə edib, rifahlarının yüksəlməsini təmin etmək istəmişdir. Bu məqsədlə o, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş və xx.xx.2014-cü il tarixdə 01 saylı müqavilə əsasında ona dövlət tərəfindən 30.000 manat pul ayrılmışdır. Həmin pul ona kredit kimi İddiaçı ASC-nin Yevlax filialı tərəfindən illik 6 faiz dərcəsi ilə, 36 ay müddətinə verilmişdir. O, dərhal həmin məbləğə 70 baş xüsusi damazlıq olan xırda buynuzlu heyvan almış, heyvanları bir müddət həyətindəki tövlədə saxlamış, sonra onların otarılmaları üçün örüş sahələri almış və bəslənmələri üçün tövlə və digər yardımçı təssərrüfat binaları inşa etmişdir. Eyni zamanda həmin heyvanların normal bəslənmələri üçün davamlı olaraq yüksək səviyyədə baytarlıq xidmətləri göstərib, işçi qüvvəsi kimi isə ailə üzvlərini tam səfərbər edib həmin heyvanlara qulluq göstərmişlər. Heyvanların birinci bala verən dövründə bütün dünyada və respublikada baş verən dəhşətli inflyasiya nəticəsində heyvan bazarında kəskin ucuzlaşma baş vermiş və bu neqativ hal uzun müddət davam etmişdir. Məcbur qalıb heyvanları dəyərindən 5 qat aşağı qiymətə satıb borcunu ödəmək istəsə də, əldə olunan məbləğ o qədər cüzi olmuşdur ki, heyvanlara müalicə üçün alınan vaksinlərin pulunun yarısını belə ödəməmişdir. O, dərhal düşdüyü vəziyyətlə bağlı Fonda və Banka məlumat verərək kredit müddətinin uzadılmasını xahiş etmişdir, lakin müraciətinə müsbət cavab ala bilməmişdir. Hazırda maddi və mənəvi baxımdan ailə olaraq böyük iztirab keçirirlər. Bu acınacaqlı vəziyyətin baş verməsi cavabdehlərin təqsiri üzündən olduğu üçün onlardan 50.000 manat maddi və 100.000 manat mənəvi ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmənin iclasında iştirak edən Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X6 ilkin iddia tələbininin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbini qəbul etmədiyini, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh5 ilkin iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib,sübutları hərtərəfli tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 01 №-li, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən və 01 №-li, xx xxxxxx 2014-cü tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Yevlax filialı tərəfindən Cavabdeh2 illik 6 faiz dərəcəsi ilə, 36 ay müddətinə 30.000 manat məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 və onun ailə üzvü olan digər cavabdehlərə məxsus, Yevlax rayonu, Qaramanlı kəndində yerləşən 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə yaranmış tələb əsas borc üzrə 21.503,83 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcu 196,97 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə borcu 3086,24 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 2865 manat olmaqla, cəmi 27.652,04 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9-240 saylı rəyindən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli 01 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 müqavilənin bitdiyi tarixə, yəni xx.xx.2017-ci il tarixə Banka 22.857,36 manat əsas və 167,62 faiz borcu vardır. İlkin iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun müqavilə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə Banka 22.857,36 manat əsas borcu, 167,62 faiz borcu, 3086,24 manat cərimə borcu və kredit müqaviləsi bitdikdən sonra icranı gecikdirməsi nəticəsində 2865 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb cavabdehdən əsas kredit borcunun, faiz borcunun və müqavilə müddəti bitdikdən sonra hesablanmış borcun tutulması hissəsində qismən əsaslıdır, lakin dəbbə pulu yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 3086,24 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borcun tutulması barədə iddia tələbi qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21.503,83 manat əsas, 167,62 manat faiz, 100 manat cərimə borcu və 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 24.636,45 manat məbləğində borc tutulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xx.xx.2019-cu il tarixli **********166 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həçmdə təmin edir. Bu tələbə həmcinin faizlər, dəbbə pulu, icranın geçikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərçləri və tutma xərçləri daxildir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək ücün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini geçikdirirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti acıq hərraçdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini geçikdirildiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora kecməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi ücün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında mübahisə olduğu üçün qiymətləndiricinin rəyi alınmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ƏQ-67/2020 saylı xx.xx.2020-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Cavabdeh2 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0,2662 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 2 mərtəbli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixə real bazar qiyməti 70.000 manat təşkil edir. Məhkəmə qiymətləndirmə məbləğini ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, xx.xx.2014-cü il tarixli 01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 “Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə 21.503,83 manat əsas, 167,62 manat faiz, 100 manat cərimə borcu və 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 24.636,45 manat məbləğində borc tutulmalı; tutma Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus Yevlax rayonu, Qaramanlı kəndində 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evinə yönəldilməli; həmin əmlak açıq hərracda satılmalı və borc Yevlax rayonu, Qaramanlı kəndində 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evinin açıq hərracda satışından əldə olunan vəsait hesabına ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 tutulması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hissədə olan tələb məhkəmə qətnaməsinin icrası qaydasında müvafiq qanunvericiliyin tələblərinə uyğun həll edilməli məsələ olduğundan bunun qətnamədə qeyd edilməsinə zərurət yoxdur. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul və aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manatAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər tərəfindən ona maddi və mənəvi ziyan vurulduğunu bildirsə də, maddi və mənəvi zərərin nədən ibarət olmasını, ona vurulmuş zərərin mövcud olmasını, həmin zərərin qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz hərəkətləri yaxud hərəkətsizlikləri nəticəsində yaranmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlərLəğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə qarşı maddi və mənəvi ziyanınödənilməsinə dair qarşılıqlı iddiası təmin oluna bilməz. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh2 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 01 saylı kredit müqaviləsinə əsasən 21.503,83 manat əsas, 167,62 manat faiz, 100 manat cərimə, 2865 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra odənilməmiş (5%-lə hesablanmış) faiz borcu olmaqla, cəmi 24.639 (iyirmi dörd min altı yüz otuz doqquz) manat 45 (qırx beş) qəpik məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinətutulsun. Tutma xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 məxsus Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evinə yönəldilsin. Yevlax rayonu Qaramanlı kəndində yerləşən 0.2662 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 176,32 m2 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilsin. Ev açıq hərracdan satılsın və evin satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra24.639 (iyirmi dörd min altı yüz otuz doqquz) manat45 (qırx beş) qəpik məbləğində borc iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinəödənilsin, qalan vəsait isə Cavabdeh2 qaytarılsın. İlkin iddia qalan hissədə rədd olunsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh2 “Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 120 manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** hesab nömrəsinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıCavabdeh2 aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar